Antisanitariya baş alıb gedir, su və çəkələk yoxdur: Azərbaycanda karantində olan insanlar bərbad şəraitdən şikayətlənirlər
Paylaşmaq
Paylaşmaq
Azərbaycanın cənub bölgəsində, Astara şəhər Mərkəzi Xəstəxanasında Karantində olan pasiyentlər antisanitariyadan və elementar şəraitin olmamasından şikayət edirlər. Bu haqda onlar Meydan TV-nin yaydığı videoda bildiriblər.
Bu videoda koronavirus üzündən karantində olan bir neçə pasiyent öz palatalarını, sanitar qovşaqları göstərir, problemləri sadalayırlar.
Onlar bildirirlər ki, tualet və hamamlarda kranlar sınıqdır. Xəstəxanaya gətiriləndən onlara xüsusi geyim, hətta çəkələk verilməyib. Nə spirt, nə də dezinfeksiya vasitələri var, ümumiyyətlə heç nə yoxdur. Əllərini ən ucuz sabunla yuyurlar, həm də beş nəfərə bir sabun düşür. Yeməkxana bütün pasiyentlər üçün eynidir və oranı ümumiyyətlə təmizləmirlər.
“Bu şeylə istəyirlər ki, xəstəliyin qarşısını alsınlar, amma bu onu göstərir ki, daha da virus yayılır”, – onlardan biri deyir.
Pasiyentlərin sözlərinə görə, onlar ölkə prezidentinin onların səsini eşitməsini və tədbirlər görməsini istəyirlər.
Bununla belə rəsmi mənbələr bildirirlər ki, karantin mövcud olan bütün xəstəxanalarda müvafiq şərait yaradılıb.
Azərbaycanda üç koronavirusa yoluxma halı qeydə alınıb və hazırda 200 nəfərdən çox insan karantin altında saxlanılır. Onlar əsasən İrandan gələn insanlardır.