Abxaziyanın baş naziri Gennadi Qaquliya qəzada həlak olub
Paylaşmaq
Paylaşmaq
Abxaziyanın baş naziri Gennadi Qaquliya qəzada həlak olub.
Faciə sentyabrın 8-də saat 23:10-da Qudaut rayonu ərazisində baş verib. Qaquliya Suriyaya iş səfərindən qayıdırmış. Baş nazirin avtomobili hökumət korteji ilə Rusiyanın Soçi şəhərindəki aeroportdan Suxuma gəlirmiş
Abxaziya DİN-dən bildirilib ki, daha iki nəfər xəsarət oalıb. Baş nazir xəstəxanaya aparılarkən yolda keçinib.
Abxaziya DİN-in verdiyi məlumata görə, baş nazirin də içində olduğu avtomobil qarşı zolağa çıxan minik avtomobili ilə toqquşub və küvetə yuvarlanıb.
• Gennadi Qaquliyanın 70 yaşı vardı. O, Abxaziya Nazirlər Kabinetinə 1995-1997-ci və 2002-2003-cü illərdə rəhbərlik edib, 2018-ci il aprelin 25-də yenidən bu vəzifəyə qayıdıb
Nəşr olunan materiallardakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır