Abxaziyada bazar günü, martın 12-də baş tutan parlament seçkiləri hələlik ancaq on iki dairədə qalibləri müəyyən edib.
Qalan 22 dairədə iki həftə sonra səsvermənin ikinci turu olacaq.
Keçmiş baş nazir Leonid Lakerbayanın namizədliyini irəli sürdüyü daha bir dairədə seçkilər baş tutmamış sayılıb. Burada yeni seçkilər iki ay sonra keçiriləcək.
Keçmiş səsvermənin vacib nəticəsi – Qudautun dairələrindən birində Abxaziyanın keçmiş prezidenti Aleksandr Ankvab qalib gəlib. Bu qələbə ona çətin başa gəldi – onunla yeganə rəqibi, siyasətdə təzə adam olan Ruslan Qaquliya arasında səs fərqi cəmi on bir səs təşkil edib.
Daha bir əlamətdar hadisə hələ fəaliyyətdə olan parlamentin spikeri Valeri Bqanbanın məğlubiyyəti və Mərkəzi Seçki Komissiyasının keçmiş rəhbəri Batal Tapaquanın seçilməsi olub.