Abxaziyada Müstəqillik və Gürcüstanla müharibədə qələbə günü qeyd olunur. Fotoreportaj
Foto: Dmitri Stateynovв, JAMnews
Bu gün , sentyabrın 30-da Abxaziyada “Qələbə və Müstəqillik Günü” qeyd olunur.
Suxum sakininin JAMnews-a bildirdiyinə görə müasir Abxaziya üçün bu gün mövcud bayramlar arasında ən möhtərəmidir.
Foto: Dmitri Stateynov, JAMnews
30 sentyabr 24 il əvvəl, 1993-cü ildə Abxaziya qoşunlarının İnqur körpüsünə doğru çıxıb, bayraqlarını sancdıqları gündür. Bu gün Abxaziyada uzun müddət rəsmi olaraq “1992-1993-cü il Abxaziya xalqının Vətən müharibəsində Qələbə Günü” adlandırılıb. Daha sonra parlament qərar qəbul edilib və o vaxtdan bəri sentyabrın 30-u Abxaziyada həmişə “Qələbə və Müstəqillik Günü” kimi qeyd olunur.
Foto: Dmitri Stateynov, JAMnews
Bu müharibədə demək olar ki, hər bir abxaz ailəsi ziyan çəkib. Rəsmi göstəricilərə əsasən, abxaz tərəfindən dörd mindən çox insan həlak olub. Gürcüstan qoşunları tərəfindən dövlət arxivi və Abxaziya Dilçilik, Tarix və Ədəbiyyat İnstitutu tamam yandırılıb.
Foto: Dmitri Stateynov, JAMnews
Bu gün təmtəraqlı tədbirlər Abxaziyanın azadlığı uğrunda həlak olanların xatirəsinə ucaldılmış abidələrin özünə çələng qoymaqla başlayır. Belə abidələr demək olar ki, Abxaziyanın bütün şəhər və kəndlərində var. Bir qayda olaraq, bu abidələrin quraşdırılması üçün lazım olan vəsait respublika sakinləri tərəfindən toplanıb.
Foto: Dmitri Stateynov, JAMnews
Bütün respublika boyu bütün küçələr bayraqlarla, Abxaziyanın birinci prezidenti Vladislav Ardzinbanın portretləri – qələbə məhz onun adı ilə assosiasiya olunur – və müharibə qəhrəmanlarının böyüdülmüş fotoları ilə bəzədilib.
Foto: Dmitri Stateynov, JAMnews
Bu il ənənəvi tədbirlərə daha bir aksiya da əlavə olunub – “Abxaziya ölümsüz alayı”. Müharibədə həlak olanların doğmaları onların fotolarını əllərində tutaraq mərkəzi küçəyərdə yürüş ediblər.
foto: Dmitri Stateynov, JAMnews
foto: Dmitri Stateynov, JAMnews
S entyabr ayına 1992-1993-cü il gürcü-abxaz münaqişəsi ilə bağlı bir neçə əlamətdar tarix düşüb. Üç gün əvvəl Gürvüstanın baş naziri Giorgi Kvirikaşvili Suxumi şəhərinin məğlub olmasının 24-cü il dönümü ilə əlaqədar gürcü və abxaz dillərində bəyanat səsləndirib. O, bu müharibəni qardaş qırğını adlandırıb və bildirib ki, “Bu müharibə həm abxazlara, həm də gürcülərə qarşı olub və qələbə qazanan olmayıb”.
Məqalə müəllifinin təklif etdiyi terminlər, toponimlər, fikirlər və ideyalar onun özünə məxsusdur, JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikirləri və ideyaları ilə üst-üstə düşməyə də bilər. JAMnews təhqir, təhdid, zorakılığa çağırış ifadə edən və ya başqa səbəbdən etik sayılmayan şərhləri silmək haqqını özündə saxlayır.