Naməlum şəxslər dekabrın 13-də təxminən saat 17.00-da tanınmış biznesmen Pavel Ardzinbanı Suxum-Psou trasında, Qumisti körpüsü və DYM postu arasında yaxalayıblar. Onun “Mercedes-Benz” avtomobilini avtomatlardan atəşə tutublar. Pavel Ardzinba və sürücüsü Dmitri Xaqba həlak olub.
Pavel Ardzinba Abxaziyada xüsusi və yetərincə tanınmış fiqur idi. O, keçmiş Abxaziya prezidenti Aleksandr Ankvabanın həyatına sui-qəsd təşkil etməkdə və mühafizə xidmətinin iki zabitinin qətlində ittiham olunaraq axtarışa verilmişdi. 2017-ci il sentyabrın 26-da Ardzinba gözlənilmədən könüllü şəkildə Baş Prokurorluğun İstintaq İdarəsinə gəldi.
O vaxt Ardzinba saxlanılmış və dindirilmişdi. Bir neçə gündən sonra isə məhkəmə qərarı ilə Pavel Ardzinba girov və ölkəni tərk etməmək haqda iltizamla həbsdən azad edilmişdi, onun ağır xəstə olduğu deyilirdi.
Qətlin motivi və qatillərin kimliyi haqda hələlik heç bir məlumat yoxdur, hadisə yerində müstəntiqlər və kriminalistlər işləyirlər.
İki ay sonra Abxaziyada elan olundu ki, bu sui-qəsdi həyata keçirən cinayətkar qrupun Aleksandr Ankvaba qarşı daha əvvəl törədilmiş bir neçə sui-qəsdə də aidiyyəti var.
Qrupun on üzvünə qarşı o zaman ittiham irəli sürülmüşdü. Onlardan biri, keçmiş daxili işlər naziri Almasbey Kçaç saxlanıldığı zaman intihar etmişdi, digəri təcridxanada özünü asmışdı. Bu iş üzrə keçən fiqurantlardan ikisi – Pavel Ardzinba və Ruşbey Bartsitsa istintaqdan yayına bilib.
Həmin iş üzrə məhkəmə prosesi 2013-sü ildə başlamış və dörd il davam etmişdi. Cinayətkar dəstənin üzvləri 13 ildən 20 ilə qədər cəza alıblar. Pavel Ardzinbanın işi o zaman ayrıca məhkəmə icraatına alınmışdı.
Nəşr olunan materiallardakı terminlər, toponimlər, fikirlər və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews dərc olunan materialların altında yazılan və təhqir, təhdid, zorakılığa çağırış və ya başqa səbəblərdən etnik narazılıq doğuran kimi dəyərləndirilən şərhləri silmək haqqını öz üzərində saxlayır