Lakin məsələnin müzakirəsi zamanı bəziləri bu prosedurun heç bir xəstəliyi olmayan cinayətkarların da azadlığa çıxmasına səbəb ola biləcəyindən ehtiyyat etdiklərini bildiridi. Bu səbəbədən Nazirlik aktın qəbulunu üç ay sonraya təxirə salmışdır. Baş nazir Artur Mikvabiyanın sözlərinə görə qanunda heç bir boşluq olmaması üçün bu addım atılıb.
“Xəstəliklərin siyahısı olduqca genış və anlaşılmazdır. Bu bir çoxlarına həkimlərə təyziq etməklə və ya onlara rüşvət verməklə xəstəlik barədə kağız almaq üçün imkan yarada bilər. Vəkillər üçün də yeni qazanc növü yaranacaq- keçmiş Xarici İşlər Naziri Raul Lolua deyir.
Rəsmi strukturlardan kənarda bu qərar şiddətlə tənqid olunur.
“ Qanunu pozanların əlində onlarda həmin siyahıda olan xəstəliklərin olduğunu təsdiqləyən nə qədər istəsəz saxta sənəd ola bilər. “Bu xəstəliklərin siyahısı kimi sənədin dünyanın heç bir yerində analoqu yoxdur. Ölkə əhalisinin 90 %-i qeyd edilən xəstəlikləri özündə tapa bilər. Bu acgöz məmurlara yeni qazanc yolu açmaqdan başqa bir şey deyil. Bəlkə indulgensiya paylayaq, bu daha asan başa gələr. Daha ədalətli olar, dövlər büdcəsi də dolar.
“Normal şəraitin və xəstaxanaların olduğu həbsxanalar olsa heç bir cinayətkar vaxtından tez həbsdən çıxmaz.
Bəs, vərəm , xərçəng kimi xəstəlikləri olan məhbuslarla necə davranılmalıdır sualı isə respondentlərdən heç birinə maraqlı olmadı.