Abxaziya yol polisinə Rusiya avtomaşınlarını yoxlamağı qadağa ediblər
Abxaziyada yol-patrul xidmətinə yol polisi postundan kənarda xarici nömrə nişanlı avtonəqliyyatı saxlamaq və yoxlamaq qadağan edilir, amma burada da xarici maşını saxlamaq və yoxlamaq konkret pozuntu haqqında operativ məlumat alandan sonra icazə verilir.
Abxaziya daxili işlər naziri Aslan Kobaxiyanın bu sərəncamının göstərişinin konkret səbəbi var – Abxaziya yol polisi əməkdaşları tərəfindən xarici avtomobil sürücülərindən (bu, əsasən rusiyalı turistlərdir) kütləvi şəkildə rüşvət alınır.
Müxtəlif turist forumlarında abxaz yol polisi artıq dillər əzbəri olub:
“Rusiya sərhədindən Suxuma gedirdik. Cəmi 100 kilometr yolda səkkiz dəfə saxladılar. Əslində, təhlükəsizlik kəmərlərini də taxmışdıq, sürəti də aşmırdıq, tibbi yardım çantası da qaydasındaydı, amma yüz-iki yüz manat verməsən əl çəkmirlər. Həqiqətən də hər hansı pozuntuya yol verəndə isə, soymamış buraxmırlar”.
“Yerli nömrəsi olan maşınlar yol polisi postlarının yanından güllə kimi ötüb keçir, amma niyəsə məhz qanuna riayət edən turistləri saxlayırlar”.
“Ən çox da Rusiya tərəfə gedəndə tərləməli olursan. Ya cərimə ödəməlisən, ya da vəsiqəsiz qalacaqsan. Əlbəttə, vəsiqəni əlindən almasınlar deyə, pul verirsən”.
Amma Abxaziya yol polisini təkcə turistlər deyil, rəhbərliyin özü də tənqid edir. Respublika Dövlət Avtoinspeksiyasının rəhbəri Naur Smır bu yaxınlarda keçirilən mətbuat konfransı zamanı etiraf edib ki, qurumunun 99 faiz işçisini işdən qovardı, “amma onların yerinə gələnlər, onlardan da betər olacaq”.
Daxili işlər nazirinin tətbiq etdiyi yenilik sosial şəbəkələrdə ən geni müzakirə mövzusu oldu.
Bloqerlərdən heç biri inkar etmir ki, yerli yol polisi turistlərə rahatlıq vermir. Amma təkcə xarici sürücülərin müdafiəsini çoxları öz vətəndaşlarının hüquqlarının pozulması kimi qiymətləndirir:
“Deməli stasionar postlardan kənarda Abxaziya nömrə nişanları olan yerliləri soymaq olar”.
“Bu göstəriş yol hərəkəti qaydalarını pozmayan bütün maşınlara aid edilməlidir. Pozurlarsa – istənilən nömrələri saxlamaq lazımdır! Məntiq bunu deyir. Amma məntiq hara, bizim hakimiyyət hara…”
“Problem birdir – DYP əməkdaşlarına normal pul verin və əminəm ki, hər şüy yaxşı olacaq, əməkdaşlar da vicdanla işləyəcək!”
“Yaxşı maaş hamıya lazımdır. Amma bütün pullar seçkilərə xərclənirsə, yaxşı maaş hardan olacaq? Müvafiq orqanlar dövlət büdcəsinin deyil, ancaq öz ciblərinin qayğısına qalır!”
“Rüşvəti aradan qaldırmaq üçün videokameralar quraşdırmaq lazımdır. Hər bir stasionar postun yanında terminal qoymaq olar ki, orada da yerindəcə cərimələr qəbz və gəlirlərlə birlikdə birbaşa dövlət büdcəsinə getsin. Stasionarlara yol soyğunçularına nəzarət etməkdən daha asandır. Sürücülərə isə bir az xərc çəkib, videoreqistrator almağı və bununla da həyatını asanlaşdırmağı məsləhət görürəm”.