Abxaziya-Rusiya sərhədində uzun növbələr Abxaziyada qarşıdan gələn kurort mövsümünə təhdiddir
“Psou” nəzarət-keçid məntəqəsində növbələr və turistlərə vizaların verilməsi ilə bağlı problemlər Abxaziyada 2017-ci ildə kurort mövsümünün uğurlu keçməsinə mane ola bilər. Bunu “Abxaziya turizm birliyi”nin prezidenti Anna Kalyaqina deyir.
Problemin həllini o, turistlər üçün vizaların ləğv edilməsində görür.
Предстоящий туристический сезон обсуждался на специальном заседании Общественной палаты Абхазии. Заседание было весьма представительным – свои отчеты и мнения представили руководители администрации Сухума, представители министерства туризма, дорожной полиции, министерства по чрезвычайным ситуациям.
По словам главы “Абхазского союза туризма”, главная причина очередей – слишком мало пропускных пунктов на абхазской стороне границы с Россией.
Qarşıdan gələn turizm mövsümü Abxaziya İctimai Palatasının xüsusi iclası zamanı da müzakirə olunub. İclasda öz hesabatlarını Suxum administrasiyasının rəhbərləri, Turizm Nazirliyi, yol polisi, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri təqdim edib və fikirlərini bildiriblər.
“Abxaziya turizm birliyi” rəhbərinin sözlərinə görə, uzun növbələrin əsas səbəbi odur ki, Rusiya ilə Abxaziya arasında sərhəddə çox az sayda buraxılış məntəqəsi var.
İctimai Palatanın iclasında kurort mövsümü ilə bağlı olan başqa problemlər də müzakirə olunub:
[yes_list]
- Milis və xilasetmə xidmətinin işi,
- Qonaqlara qarşı münasibət,
- Keyfiyyətə nəzarət və ərzaqların qiyməti,
- Dövlət sərhədinin keçilməsi mexanizmləri,
- Nəqliyyatın işi,
- Əyləncə və istirahət yerlərinin vəziyyəti. [/yes_list]
2016-cı ilin yayında Abxaziyada istirahət edən turistlərin şərhləri
Evdar xanım Oksana Yarovaya, Moskva:
“Artıq üçüncü ildir ki, bura gəlirəm. Əsas mənfi cəhət şəhərdə dağıntıların çox olmasıdır. Və əlbəttə, Abxaziya ilə Rusiya arasındakı sərhəd də əhvalımı pozdu – uşaqlarla növbədə durmaq çox çətindir, onu təmiz götürsəydilər, daha yaxşı olardı. Amma bunun üçün Rusiyaya birləşmək lazımdır”.
Müəllim İrina Bebriş, Xakasiya Muxtar Respublikası, Rusiya:
“Abxaziya ilə bağlı təəssüratlarım çox yaxşıdır, yeni muzeylərdən xoşum gəlir, sahil də maraqlıdır, qəşəng heykəllər var. Nöqsanlar arasında ictimai nəqliyyatı qeyd etmək istərdim, avtobuslar çox gec-gec gəlir, həmişə də dolu olur, taksiyə minməli olursan, dövlət işçiləri üçün də bu, çox bahadır”.
Sankt-Peterburqdan Olqa və Sergey Borisovlar:
“Buranın gözəl təbiəti, dənizi var, amma yerli əhalinin mentaliteti incidir”.
Anna, Sevastopoldan:
“Sizin camaatın yaxşı yumor hissi var, onlara qulaq asanda həmişə gülümsəyirəm, şən adamları çox sevirəm. Amma mənfi cəhətləriniz də var – çox ləngsiz, heç yerə tələsmirsiz, heç kim heç yerə getmək istəmir”.