Məhkəmə iclaslarının audio və video qeydi aparılmayan istənilən işlə bağlı qərar ləğv edilə bilər.
Məhkəmə proseslərinin aparılması ilə bağlı yeni qaydalar hələ 2016-cı ildə qəbul edilib, amma 2019-cu il iyulun 1-də qüvvəyə minməli idi. Üç illik möhlət bütün məhkəmələrin lazımi texniki avadanlıqlaral təmin olunması üçün nəzərdə tutulmuşdu.
Amma müddət sona çatanda məlum olub ki, texniki təchizat üçün vəsait çatmır. Ali Məhkəmə belə qərara gəlib ki, bu məqsədlə 40 milyon rubla (660 min dollara yaxın) vəsait lazımdır. Amma bu, Maliyyə Nazirliyinin hesabı isə üst-üstə düşməyib. Nazirlikdə belə qərara gəliblər ki, Ali Məhkəmənin sifariş verdiyi avadanlıqların qiyməti şişirdilib.
Qiymətin şişirdilməsi ilə bağlı irada cavab olaraq Ali Məhkəmədən bildirilib ki, Maliyyə Nazirliyi avadanlığın dəyərinidüz hesablamayıb, çünki nazirliyin təklif etdiyi teknika məhkəmə proseslərində audio və video qeydiyyat aparılması standartlarına uyğun gəlmir.
Məbləğin razılaşdırılması və məhkəmələrin indən belə texniki təchizatının həyata keçirilməsi üçün parlament deputatları yeni möhlət veriblər – noyabrın 1-ə qədər.
Amma bu müddətə də texniki təchizatı yekunlaşdırmaq mümkün olmayıb.
Məqalədəki terminlər, toponimlər, fikir və ideyalar JAMnews, və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews məqaləyə yazılan təhqir, təhdid, zorakılığa çağırış kimi dəyərləndirilə bilən və ya başqa səbəbdən etik sayılmayan şərhləri silmək haqqını özündə saxlayır.