Abxaziya Müdafiə Nazirliyinin sursat anbarında baş verən partlayış nəticəsində 30 nəfərdən çox adam yaralanıb. Partlayış yerli vaxtla təqribən 15.00-da Qudaut rayonunun Primorsk qəsəbəsində baş verib.
Partlayış gücü o qədər yüksək olub ki, hətta Pitsundada (hadisə yerindən 70 kilometr aralıda) hiss olunub. Mərmi partlayışları hələ də davam edir. Fövqəladə Hallar Nazirliyi Primorsk qəsəbəsinin sakinlərinin evakuasiyasına başlayıb. Rəsmi məlumata görə, hazırda yaralıların sayı 30 nəfərdir, onların arasında uşaqlar da var. Onlara Qudaut, Yeni Afon və Suxum xəstəxanalarında tibbi yardım göstərilir. Anbarda partlayışın hansı səbəbdən baş verməsi haqda məlumat yoxdur.
Baş nazir Beslan Bartsits hadisə yerindədir. Abaza telekanalının jurnalisti xəbər verir ki, Primorskda yanğının sursat dolu qonşu anbara keçəcəyilə bağlı təhlükə var. Hadisələrin bu yöndə inkişaf etmək ehtimalı çox yüksəkdir.
Müəllifin təklif etdiyi terminlər, toponimlər, fikirlər və ideyalar onun özünə məxsusdir, JAMnews-un və ya onun ayrı-ayrı əməkdaşlarının fikirləri və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews materiala yazılan təhqir, təhdid, zorakılığa çağırış kimi qiymətləndirilə bilən və ya başqa səbəblərdən etik sayılmayan şərhləri silmək haqqını özündə saxlayır.