Abxaziyada geniş istifadə üçün nəqliyyat vasitələri
Söhbət dövlət qulluqçuları və bütün dərəcələrə aid rəhbərlərə büdcə hesabına mühərriki 150 at gücü, qiyməti isə vergi ödəmələri da daxil olmaqla 500 min rubldan [2,300 dollara yaxın] yuxarı olan xidməti minik avtomobillərini almağa qadağa qoyulmasından gedir.
Suxumdakı prezidentin qəbul şöbəsinin yanında avtodayanacaq
Bu parametrlərə cavab verməyən, amma hələ də büdcə təşkilatlarının balansında olan premium-klass avtomobillərini bloqqerlər auksionda satmağı, əldə olunan gəliri isə dövlət büdcəsinə keçirməyi təklif edirlər.
Bununla belə, abxaz bürokratiyasını bahalı limuzinlərdə gəzməkdən tamamilə məhrum etməyə hətta qabaqcıl bloqqerlər də cürət etmədilər. İstisna olaraq onlar dövlət avtoparkında premium-klassa aid 5 avtomobilin “yüksək vəzifəli xarici qonaqların və xarici nümayəndə heyətlərinin qəbulu məqsədilə istifadəsi üçün saxlanılmasını mümkün sayırlar.
Bu ideyanın müəllifi Qudisa Mamas-ipa deyir: “Mən hesab edirəm ki, bu qərar birdəfəlik dövlət büdcəsini onlarla milyon rubl artırardı… və yanacaq, məmur avtoparkına qulluq və təmirin aylıq xərclərini bir neçə dəfə azaldardı.
Hökumət hələ ki, bu təşəbbüslə bağlı heç bir rəsmi reaksiya verməyib. Bununla belə, məlumdur ki, ölkə büdcəsinin gələn il üçün nəzərdə tutulan xərclər hissəsinə iki premium-klass avtomobilinin alışıyla bağlı maddə əlavə olunub.