Abxaz müxalifəti küçələrə çıxacaq?
Belə görünür ki, prezident Raul Xacimba Abxaziyadakı daxili siyasi böhranın etiraz aksiyaları ilə nəticələnə biləcəyindən narahatdır. İstənilən halda, onun Siyasi Məşvərət Şurasının yaradılması və şurada bütün siyasi təşkilatların, o cümlədən müxalifət nümayəndələri rəhbərlərinin təmsil olunması təklifi kənardan məhz belə görünür.
Əsas müxalif partiya olan “Amçaxara artıq sərt dildə danışmağa başlayıb. Partiyanın 21 oktyabrda baş tutan son iclasında Xacimbanın istehfasını tələb edən qətnamə qəbul ediblər və ona ümümxalq toplaşması elan edə biləcəkləri barədə xəbərdarlıq ediblər.
Əsas özəyi keçmiş prezident Aleksandr Anakvanın tərəfdarlarından təşkil olunan müxalifət prezidenti əsasən bir illik hakimiyyəti dövründə ölkədə sosial – iqtisadi vəziyyətin ağırlaşmasında və bütün sahələrdə geriləmə olmasında günahlandırır. Onların fikrinə görə, hakimiyyət diletantların əlinə keçib.
Öz növbəsində prezident də müxalifəti ölkədəki ağır vəziyyətə görə ittiham edib. Onun sözlərinə görə, Abxaziyanı bu günki ağır vəziyyətə gətirib çıxardan korrupsiyaya və bürokratiya içərisində üzən iqtisadiyyat məhz keçmiş iqtidarın qoyub getdiyi problemlərdir. “Deyəsən, indi müxalif düşərgəyə keçməklə ölkəni bu vəziyyətə məhz özlərinin gətirdiklərini yaddan çıxardıblar, – Xacimba deyir. Prezidentin məşvərət şurasının yaradılması barədə təklifini deputatların bir çoxu və vətəndaş cəmiyyəti dəstəkləyib.
İctimai Palatanın katibi Natella Akaba dialoqlar keçirmək üçün siyasətçilərə İctimai palatanın tribunasını təklif edib. Onun fikrincə, “prezident müxalifət nümayəndələri ilə kuluar görüşlər yox açıq dialoq keçirməlidir.
Prezidentin təklifinə müxalifət açıq şəkildə etinasızlıq göstərir. Heç bir müxalifət lideri bu təklifi şərh etməyib. Sanki belə təklif heç olmayıb. Kuluar şəraitdə isə müxalifət nümayəndələri Xacimba ilə danışıq aparmağın mümkünsüz olduğunu deyir. Buna görə də, “Amçaxara partiyası hökümətə etimadla bağlı referendum keçirilməsi ilə əlaqədar imzatoplama kampaniyasına başlamağı düşünür. Referendumun keçirilməsi üçün ən az on min imza lazımdır.
“Amçaxara partiyası Abxaziyanın siyasi arenasında 1999-cu ildə yaranıb. O Gürcüstanla müharibə veteranlarının ictimai- siyasi hərəkatı kimi fəaliyyətə başlamışdı. Yarandığı vaxt prezident Sergey Baqanşı, onun ölümündən sonra isə hakimiyyətə gələn Aleksandr Ankvabanı dəstəkləyən “Amçaxara on il müddətində hakimiyyətin əsas dayaqlarından hesab olunub. 2013-cü ildə keçirilən qurultayında hərəkat siyasi partiyaya çevrildiyini açıqlamışdı. Yeni nizamnaməyə əsasən, artıq yalnız müharibə veteranları yox, onların ideyalarını bölüşən istənilən şəxs partiya sıralarına qoşula bilər. 2014-cü ildə Raul Xacimbanın başçılığı ilə minlərlə insanın iştirak etdiyi mitinq nəticəsində o zamankı prezident Aleksandr Ankvaba istefaya getməyə məcbur oldu. O vaxtdan etibarən “Amçaxara iqtidar partiyasından müxalif partiyaya çevrildi.