ABŞ və Avropa Rusiyanın Ukraynada apardığı müharibəni dayandırmaq üçün fərqli planlar təklif ediblər
Ukraynadakı müharibəni dayandırmaq: ABŞ və Avropanın planları
Ukrayna və Avropa rəsmiləri Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün ABŞ-ın bəzi təkliflərinə qarşı çıxaraq, ərazi məsələlərindən sanksiyalara qədər müxtəlif məsələlər üzrə əks təkliflər irəli sürüblər.
Reuters 17 aprel tarixində Parisdə və 23 aprel tarixində Londonda ABŞ, Avropa və Ukrayna rəsmiləri arasında keçirilən danışıqlarda hazırlanmış Amerika və Avropa təklif paketlərinin tam mətnlərini təqdim edir.
Sənədlər ABŞ prezidenti Donald Trampın müharibənin tezliklə başa çatdırılmasına çalışdığı bir vaxtda aparılan “çəkicili diplomatiya”nın daxili mexanizmlərini üzə çıxarır.
Aşağıda danışıqlar zamanı fikir ayrılıqlarının mövcud olduğu sahələri əks etdirən iki mətn təqdim olunub.
- “Ukrayna mövzusu mühüm olsa da, ABŞ və Rusiya arasında danışıqların sadəcə bir hissəsidir”. Bakıdan baxış
- “Cəbhələrin bütün tərəflərində çoxlu uşaqlar var” – Ukrayna və ikinci Qarabağ müharibələri, paralellər
- Azərbaycanın AŞPA-dakı deputatı: “Biz beynəlxalq hüququn inkarı mərhələsindəyik”
Birinci mətn: ABŞ-ın Rusiyanın Ukrayna ilə münaqişəsinin sülh yolu ilə həlli üzrə təklifləri
Təkliflər Trampın elçisi Stiv Uitkoff tərəfindən Parisdə keçirilən danışıqlar zamanı Avropa rəsmilərinə təqdim edilib və onlar da bu təklifləri ukraynalılara çatdırıblar, danışıqlara yaxın mənbələrin verdiyi məlumata görə, bu barədə Reuters yazır.
Atəşkəs
- Daimi atəşkəs
- Hər iki tərəf dərhal atəşkəsin texniki həyata keçirilməsi üzrə danışıqlara başlayır.
Ukraynanın təhlükəsizliyinə zəmanətlər
- Ukrayna etibarlı təhlükəsizlik zəmanətləri alır.
- Zəmanətçi dövlətlər xüsusi seçilmiş Avropa ölkələri qrupu və arzu edən qeyri-Avropa ölkələr olacaq.
- Ukrayna NATO-ya üzv olmağa çalışmayacaq.
- Ukrayna Avropa İttifaqına üzvlük yolunda irəliləyə bilər.
Ərazilər
- ABŞ Krım üzərində Rusiyanın nəzarətini de-yure (hüquqi olaraq) tanıyır.
- ABŞ Luqansk üzərində Rusiyanın nəzarətini de-fakto (faktiki olaraq) tanıyır.
- ABŞ Rusiyanın nəzarətində olan Zaporojye, Donetsk və Xersonun bəzi hissələri üzərində nəzarəti de-fakto tanıyır.
- Ukrayna Xarkov vilayətindəki əraziləri geri qaytarır.
- Ukrayna Zaporojye Atom Elektrik Stansiyasına nəzarəti və idarəetməni ABŞ vasitəsilə bərpa edir, elektrik enerjisi hər iki tərəf arasında bölüşdürülür. Eyni zamanda Ukrayna Kaxovka su anbarı (bəndi) üzərində də nəzarəti bərpa edir.
- Ukrayna Dnepr çayı boyunca maneəsiz keçid və Kinburn qum təpələri (tüynəyi) üzərində nəzarət hüququna malik olur.
İqtisadiyyat
- ABŞ və Ukrayna faydalı qazıntılar sahəsində iqtisadi əməkdaşlıq/sazişi həyata keçirirlər.
- Ukrayna tam bərpa olunacaq və maliyyə kompensasiyası alacaq.
- 2014-cü ildən bu münaqişə nəticəsində Rusiyaya qarşı tətbiq olunan sanksiyalar aradan qaldırılacaq.
- ABŞ və Rusiya arasında enerji və digər sənaye sahələrində iqtisadi əməkdaşlıq həyata keçiriləcək.
İkinci mətn: Avropa və Ukraynanın irəli sürdüyü əks təkliflər
Bu təkliflər paketi – Rusiyanın Ukraynada apardığı müharibəyə necə son qoymaqla bağlı – 23 aprel tarixində Londonda keçirilən danışıqlar zamanı ukraynalı və avropalı rəsmilər tərəfindən ABŞ-a təqdim edilib, deyə Reuters yazır.
Atəşkəs:
- Hava, quruda və dənizdə tam və şərtsiz atəşkəsə nail olunması öhdəliyi.
- Hər iki tərəf dərhal ABŞ və Avropa ölkələrinin iştirakı ilə texniki həyata keçirilməsi üzrə danışıqlara başlayır. Bu, tam sülh sazişi üçün gündəm və şərtlərin hazırlanması ilə paralel olaraq həyata keçirilir.
- Atəşkəsin monitorinqi ABŞ-ın rəhbərliyi altında və üçüncü ölkələrin dəstəyi ilə həyata keçiriləcək.
- Rusiya, deportasiya olunmuş və qanunsuz şəkildə hərəkət etdirilmiş bütün ukraynalı uşaqları dərhal geri qaytarmalıdır.
- Bütün hərbi əsirlərin mübadiləsi (bütün əsirlər qarşılıqlı olaraq dəyişdirilməlidir).
- Rusiya bütün mülki məhbusları azad etməlidir.
Ukraynanın təhlükəsizliyinə zəmanətlər:
- Ukrayna etibarlı təhlükəsizlik zəmanətləri alır, o cümlədən ABŞ-dan (5-ci maddəyə bənzər bir saziş), bu zaman NATO-ya üzvlük məsələsində alyans üzvləri arasında razılıq yoxdur.
- Ukraynanın Silahlı Qüvvələri üçün heç bir məhdudiyyət yoxdur.
- Zəmanətçi dövlətlər xüsusi seçilmiş Avropa ölkələri qrupu və istəyən qeyri-Avropa ölkələrindən ibarət olacaq. Ukrayna ərazisində dost ölkələrin hərbi qüvvələrinin mövcudluğu, silahlanması və əməliyyatları ilə bağlı heç bir məhdudiyyət olmayacaq.
- Ukrayna Avropa İttifaqına üzvlük yolunda irəliləyə bilər.
Ərazilər:
- Ərazi məsələləri tam və şərtsiz atəşkəsdən sonra müzakirə ediləcək və həll ediləcək.
- Ərazi danışıqları nəzarət xətti əsasında başlayacaq.
- Ukrayna Zaporojye Atom Elektrik Stansiyasına ABŞ-ın iştirakı ilə nəzarəti bərpa edir, həmçinin Kaxovka bəndi üzərində də nəzarəti bərpa edir.
- Ukrayna Dnepr çayı boyunca maneəsiz keçid və Kinburn qum təpələri (tüynəyi) üzərində nəzarət hüququna malik olur.
İqtisadiyyat:
- ABŞ və Ukrayna faydalı qazıntılar sahəsində iqtisadi əməkdaşlıq/sazişi həyata keçirirlər.
- Ukrayna tam bərpa olunacaq və maliyyə kompensasiyası alacaq, o cümlədən Rusiya tərəfindən təzminat ödənilməyənə qədər Rusiyanın suveren aktivlərindən istifadə ediləcək.
- 2014-cü ildən bəri Rusiyaya qarşı tətbiq edilən ABŞ sanksiyaları, davamlı sülh əldə edildikdən sonra mərhələli şəkildə yumşaldıla bilər və sülh razılaşmasının pozulması halında yenidən tətbiq edilə bilər.

Rusiyanın qoşunları 24 aprel gecəsi Kiyevə dronlar və raketlərdən istifadə edərək kütləvi hücum təşkil edib. Bu məqalənin dərc edildiyi vaxtə qədər 12 nəfər həlak olub, 100-dən çox insan yaralanıb. Şəkildə insanların evin qəzaya uğramış dağıntıları altından tapılması üçün axtarış aparılır. Bəzi insanları sağ tapmaq mümkün olub. Şəkil: Kostiantyn Liberov / Libkos / Getty Images.
Ukraynada müharibəni dayandırmaq: ABŞ və Avropanın planları