ABŞ Türkiyənin qəti etirazına baxmayaraq, suriyalı kürdləri silahlandırmaq qərarına gəlib
Paylaşmaq
Paylaşmaq
Photo: reuters
ABŞ prezidenti Donald Tramp “İslam Dövləti”nə qarşı əməliyyatlarda iştirak edən kürd dəstələrinə silahın göndərilməsinə razılıq verib. Söhbət iriçaplı pulemyotlardan, tank əleyhinə sistemlərdən, artilleriya qurğularından, mühəndis avadanlığından və zirehli maşınlardan gedir.
Bu qərar Türkiyə ilə uzun sürən mübahisələrdən sonra qəbul edilib, Türkiyə NATO üzvü olsa da, kürd birləşmələrinin möhkəmləndirilməsinə qəti şəkildə qarşı çıxır, çünki on illərdir ki, ölkə daxilində kürd separatçılığına qarşı mübarizə aparır.
ABŞ administrasiyasının indiki qərarı o yerə gətirib çıxara bilər ki, Ankara buna cavab olaraq, “İslam Dövləti” ilə mübarizədə Vaşinqtonla əməkdaşlığını xeyli məhdudlaşdıracaq New York Times yazır.
Suriyalı kürdlərin silahlandırılması qərarının verilməsinə amerikalı hərbçilər təkid edib, onlar hesab edir ki, kürd birləşmələrinin iştirakı Mosula hücumun sona çatdırılması və Rakkanın azad edilməsi (“İslam Dövləti”in iki dayaq məntəqəsi) əməliyyatına başlamasında həlledici rol oynayacaq.
Onların qiymətlərinə görə, kürd birləşmələri “İslam Dövlətinə” qarşı çıxan beynəlxalq koalisiya tərkibində daha çox döyüş qabiliyyətli və təcrübəlidirlər.
“İslam Dövləti”nin işini bitirmək vədi Trampın seçkiqabağı kampaniyasının bəndlərindən biri idi.