Minskdə ABŞ-ın Ukrayna üzrə yeni xüsusi nümayəndəsi Kurt Volker və Rusiya prezidentinin köməkçisi Vladislav Surkovun görüşü baş tutub,RBK xəbər verir. Əsas müzakirə mövzusu Ukrayna münaqişəsi olub.
Görüşdən sonra Kurt Volker Rusiyanın “Dojd” telekanalına müsahibə verib və bildirib ki, Surkovla görüşdən və “ciddi işgüzar söhbətdən” razı qalıb.
Volker bir neçə vacib məqamı qeyd edib:
“Rusiyanın Ukraynadakı münaqişədə maraqlı olması vəziyyəti destabilləşdirəcək, tərəflərin isə real atəşkəsin təmin olunması üçün şərait yaratması vacibdir”.
“Nəticədə Rusiya Minsk sazişinə uyğun olaraq bu ərazilərin Ukraynaya qaytarılmalı olması… və işğal altında qalmaması ilə razılaşmağa artıq hazırdır. Bunun baş verməsi üçün Rusiya qoşunları oradan çıxarılmalı və insanların təhlükəsizliyi təmin edilməlidir ki, onlar özlərini əminlikdə hiss etsinlər”.
Daha əvvəl Surkov Volkerlə görüşü şərh edərkən bildirmişdi ki, Minsk sazişinin həyata keçirilməsi ilə bağlı “yeni ideyalar və yanaşmalar” təklif olunub.
Bundan başqa, tərəflər razılaşıblar ki, “sülh prosesinin həm siyasi trekdə, həm də təhlükəsizlik sahəsində daha sürətlə irəliləyə bilər və irəliləməlidir .”