ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ birtərəfli şəkildə Qüdsü İsrailin paytaxtı olaraq tanınıb. Bu haqda BBC məlumat verib.
Tramp bu qərarı Yaxın Şərqdə sülhün əldə edilməsi və Fələstin-İsrail münaqişəsinin həlli üçün “çoxdan gözlənilən addım” adlandırıb.
Bundan başqa Amerika lideri əmin edib ki, əgər İsrail və Fələstin ayrılmaqla bağlı razılığa gəlsə, ABŞ hər iki dövləti tanımağa hazırdır.
BBC qeyd edir ki, Tramp öz qəərarını elan edənə qədər Fələstin lideri Mahmud Abbas ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması region üçün “təhlükəli nəticələrə” gətirib çıxaracağı haqda xəbərdarlıq etmişdi. O bildirib ki, “ABŞ-ın bu cür qərarı sülh prosesinin üzərindən xətt çəkəcək və regionda vəziyyətin stabilliyini pozacaq”.
Bir çox dünya liderləri artıq Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasının mümkünlüyü ilə bağlı bəyanatına münasibət bildirib. Fransa prezidenti Emmanuel Makron, Səudiyyə Ərəbistanının ABŞ-dakı səfiri şahzadə Xalid ibn Salman, Türkiyə baş naziri Bekir Bozdağ hesab edir ki, Trampn bu qərarı böyük səhvdir və ciddi nəticələrə gətirib çıxara bilər.
____________
Amerika prezidentləri 1995-ci ildən bəri ildə iki dəfə ABŞ səfirliyinin Qüdsdə deyil, Tel-Əvivdə yerləşməsi haqda qərarı uzatmağa borcludur. Bununla ABŞ dünya ictimaiyyətinin böyük hissəsinin Qüdsün İsrailin paytaxtı kimi tanınmasının əleyhinə olmasından ibarət nəzər-nöqtəsini dəstəkləyir
Qüdsün kimə məxsus olması İsrail və Fələstin arasında gərginliyin azalmasına imkan verməyən ən vacib mübahisə məsələlərindən biridir. Bu münaqişə 1967-ci ildən, İsrail daha əvvəl Fələstinə məxsus olan Qüdsün şərq hissəsini öz nəzarətinə götürəndən bəri davam edir.
BMT Qüdsün şərq hissəsini işğal olunmuş hesab edir və İsrailin paytaxtı kimi tanımır.