ABŞ, qiyam: niyə generallar və keçmiş prezidentlər Trampa qarşıdır?
Amerika iyunun 4-də polis tərəfindən saxlanıldığı zaman baş verən ölümü yüz minlərlə insanın kütləvi etirazına səbəb olan Corc Floydla vidalaşıb.
Amma etirazlar başa çatmayıb. Çoxları bildirirlər ki, bu ancaq başlanğıcdır.
Mənbə – CNN
Corc Floyd niyə həlak olub?
Corc Floyd Amerikanın Minneapolis şəhərinin qaradərili sakini idi. Mayın 25-də onu mağazaya saxta 20 dollarlıq əskinaz ödəməkdə şübhəli bilərək saxlayıblar. Əvvəllər də Corc qanun pozuntularına yol verdiyi üçün saxlanılıb.
Saxlanıldığı zaman polis Corcun “Mən nəfəs ala bilmirəm!” və “Məni öldürmə” qışqırıqlarına rəğmən uzun müddət dizi ilə boğazını sıxdığı üçün o ölüb.
Amansız saxlamanın nəticələri
Floydun saxlanılması və ölümünü əks etdərən səhnəni yoldan keçənlər çəkib və sosial şəbəkədə yayıblar. Bu, Minneapolisdə, daha sonra isə Amerikanın digər şəhərləərində kütləvi aksiyaların başlanğıcı olub.
Əvvəlcə etirazlar dinc xarakter daşıyıb. “Qaradərililərin də həyatı dəyərlidir” sözləri əsas şüar olub.
Amma tezliklə dinc fəallara xuliqanlar və talannçılar da qoşulub. Polis məntəqələrini və maşınlarını yandırmağa, mağazaları talamağa başlayıblar.
ABŞ-ın 40 şəhərində, o cümlədən də Nyu-Yorkda, Vaşinqtonda, San-Fransiskoda komendant saatı tətbiq edilib, Milli Qvardiya küçələrə çıxardılıb.
Bununla yanaşı ümumilikdə etirazlar dinc və konstruktiv xarakter daşıyır.
Vaşinqtonda ağ polislərin etirazçılarla həmrəylik əlaməti olaraq bir dizi üstünə çökdüyünü əks etdirən video-kadrlar bütün dünyanı dolaşıb.
Corc Floydun ölümünün bilavasitə günahkarı olan polis Derek Şoven və saxlanılmada iştirak edən üç həmkarı xidmətdən azad edilib və həbs olunublar.
Onların ədalətli mühakiməsi etirazçıların əsas tələblərindən biridir.
Corc Floydun boynunu dizi ilə sıxaraq onun ölümünə səbəb olan Derek Şoven ikinci dərəcəli qətldə ittiham olunur. Onu 40 ilə qədər məhbəs həyatı gözləyir.
Digər üç polisə qarşı qətlə vasitəçilik və təhrik ittihamı irəli sürülüb.
Prezident Trampın reaksiyası
Prezident Tramp bütün etiraz iştirakçılarını istisnasız “ekstremist” və “terrorçu” adlandırıb.
Həmçinin o, baş verənlərlə bağlı təəssüf və anlayış ifadə edən qubbernatorları da kəskin tənqid edib.
İğtişaşların yatırılması üçün ordudan istifadə edəcəyinə söz verib.
Vaşinqtonda iyunun 2-də baş verən hadisə cəmiyyətdə xüsusi qəzəb doğurub. Polis dəyənək və gözyaşardıcı qazdan istifadə edərək yüzlərlə dinc etirazçını dağıdıb ki, prezident Tramp kilsəyə gedib, orada əlində Bibliya ilə şəkil çəkdirə bilsin.
Prezident Trampa verilən cavab
Bütün keçmiş ABŞ prezidentləri – Cimmi Karter, oğul Corc Buş və Barak Obama Donald Trampın əməllərini və bəyanatlarını kəskin tənqid ediblər.
“Etirazlar haqda fikir yürüdənlər yadda saxlamalıdırlar ki, bizim ölkəmiz etirazlar sayəsində bərqərar olub. Bu, Amerika inqilabə adlanırdı”, – bilavasitə Trampa müraciət edərək bildirib.
Amma hərbçilərin sərt reaksiyası əsl sensassiya olub.
Tramp dövründə müdafiə naziri olmuş Ceyms Mettis, Amerikanın Əfqanıstandakı qüvvələrinin komandanı Con Allen, Qərargah Rəisləri Birləşmiş Komitəsinin keçmiş sədri Mayk Mullen kimi nüfuzlu hərbçilər Amerika şəhərlərində ordudan istifadə olunmasının əleyhinə çıxış ediblər.
Ən kəskin çıxışı Mettis edib, o, Trampın idarəçilik üslubunu “infantil” adlandırıb.
İyunun 4-də ABŞ-ın hazırkı müdafiə naziri Mark Esperanın çıxışı kulminasiya olub.
O bəyan edib ki, Trampın təklifinə rəğmən 1807-ci il Qiyamlar haqda Qanununa əsasən ordudan istifadə olunmasına qətiyyətlə etiraz edir.