ABŞ dövlət katibi: “Rusiyanın Gürcüstana və Ukraynaya soxulması bizim təhlükəsizliyimizə təhdiddir”
Gürcüstanın xarici işlər naziri David Zalkaliani Polşada ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşüb.
Görüş uzun çəkməyib və qeyri-rəsmi xarakter daşıyıb. Zalkaliani və Pompeo Polşada keçirilən “Yaxın Şərqdə sülh və təhlükəsizlik” beynəlxalq konfransında iştirak edirlər.
•ABŞ dövlət katibi: “Səbirsizliklə Gürcüstanın NATO-ya üzv olacağı anı gözləyirik”
Baş tutan görüşün təfərrüatları barədə Gürcüstan XİN məlumat verir. Qurumun rəsmi bəyanatında deyilir ki, Zalkaliani ABŞ dövlət katibinə “Gürcüstanın işğal olunmuş ərazilərində mürəkkəb vəziyyət və Rusiyanın qanunsuz əməlləri barədə” məlumat verib.
Gürcüstan XİN vurğulayıb ki, Mayk Pompeo bunun cavabında bir daha qeyd edib ki, ABŞ Gürcüstanın suverenliyini dəstəkləyir və onun ərazi bütövlüyünü tanıyır. Pompeonun sözlərinə görə, Gürcüstan məsələsi həm ikitərəfli münasibətlər formatında, həm də beynəlxalq formatda xüsusi yer tutur.
Pompeo Gürcüstanı ABŞ-ın regionda ən etibarlı tərəfdaşı və müttəfiqi adlandırıb və rəsmi Tbilisinin Venesuelanın müvəqqəti prezidentini tanımasına görə təşəkkürünü bildirib.
“Rusiya Gürcüstana və Ukraynaya soxulub”
Polşada Pompeo Rusiyanın Gürcüstan və Ukraynaya qarşı təcavüzü kontekstində bir neçə vacib bəyanatlarla çıxış edib. O, 2008-ci il avqust müharibəsini “Rusiyanın Gürcüstana soxulması, ötən ilin noyabr ayında Kerç boğazında Ukrayna gəmilərinə səbəbsiz hücumunu isə hibrid müharibəsi” adlandırıb, “bütün bunlar tək bizim müttəfiqlərimizə qarşı deyil, həm də bizim təhlükəsizliyimiz və normal həyatımız üçün təhdiddir”, — ABŞ dövlət katibi bildirib.
Mayk Pompeo vurğulayıb ki, “Rusiyanın Avropada dominantlıq etməsi ilə bağlı böyük planları var”.
“Rusiyanın böyük planları var, o, Avropada dominantlı q etmək və dünya arenasında təsirini gücləndirmək istəyir. Vladimir Putin NATO-da nifaq salmağa, ABŞ-ı zəiflətməyə və Qərb demokratiyasını sarsıtmağa çalışır”, — deyə o bildirib.
“Rusiya NATO-nu dağıtmağı arzulayır”
Pompeo Kremlin Şimali Atlantika ittifaqına münasibətdə mövqeyini tənqid edib. Onun sözlərinə görə, “Rusiyanın Avropada möhtəşəm planları var, o, dünya arenasında dominantlığını bərpa etməyə çalışır”.
“Putin NATO-nu dağıtmağı, ABŞ-ı dağıtmağı, Qərb demokratiyasını məhv etməyi arzulayır”, – deyə Pompeo bildirib.
Gürcüstan və Ukrayna mövzusuna toxunan Pompeo bildirib ki, Putin ABŞ-ın müttəfiqləri ilə əlaqələrini zəiflətməyə çalışır.
“Buna görə də biz NATO-nun şərq cinahında iştirakımızı gücləndiririk”, – Pompeo deyib.
2008-ci il müharibəsindən sonra Rusiya 26 avqust 2008-ci il tarixində Abxaziya və Cənubi Osetiyanın suverenliyini tanıyıb. Rusiyadan sonra Nauru, Tuvalu, Venesuela və 29 may 2018-ci il tarixində Suriya tanıyıb.
Bütün yerdə qalan dövlətlər – BMT üzvləri Abxaziya və Cənubi Osetiyanı Gürcüstanın ərazisi hesab edir.
Gürcüstan diplomatik korpusunun gündəmində bu ərazilərin suveren dövlətlər tərəfindən tanınması prosesini dayandırmaq durur.