Amerika polis maşınlarını yandırır və yerdə uzanaraq “Nəfəs ala bilmirəm” - deyir. Fotoreportaj
ABŞ Minnesota şəhərində polis tərəfindən saxlanılan afroamerikalı Corc Floydun ölümündən sonra demək olar ki, minlərlə insanın iştirak etdiyi etirazlara qərq olunub.
İyunun 1-də 44 yaşlı polis Derek Şovenin (Amerika mediası onun ağdərili olduğunu vurğulayır) işi üzrə birinci dinlənmə keçiriləcək, o, Floydu qətlə yetirməkdə ittiham olunur. Saxlanma zamanı o, boğucu fənddən istifadə edib, bu da 26 yaşlı Floydun ölümünə səbəb olub.
ABŞ-ın 40-dan şox şəhərində komendant saatı tətbiq olunub. Amma insanlar buna demək olar ki, məhəl qoymur ki, bu da bir çox hallarda polislə qarşıdurmaya səbəb olub.
İyunun 1-nə keçən gecə Nyu-York, Çikaqo, Filadelfiya və Los-Ancelesdə nümayişçilərlə qarşıdurma xüsusilə kəskin olub. Burada gözyaşardıcı qazdan istifadə ediblər və izdihama bibərli güllələr atıblar.
Hər yerdə polis maşınları yandırılır, bir çox şəhərdə mağazalar qarət olunub.
Denverdə minlərlə adam dinc aksiyada iştirak edib – onlar əllərini kürəklərinin arxasında tutaraq, yerə uzanıb “Nəfəs ala bilmirəm” – deyə təkrar edirdilər.
15 ştatda və Vaşinqtonda Milli Qvardiyanın qüvvələri yerləşdirilib, bu, ABŞ-ın ölkədə fövqəladə vəziyyətlərin nizamlanması üçün olan rezerv hərbi qüvvələridir.
Mayamidə, Floridada etirazda beş minə yaxın adam iştirak edir. Ssenari eynidir – insanlar dizi üstə durub “Nəfəs ala bilmirəm”, – deyə qışqırırlar.
Minlərlə insan Ağ Evin yaxınlığında ocaqlar qalayandan və polislər daşqalaq olunandan sonra mayın 31-də axşam Milli Qvardiyanın beş min hərbçisi Vaşinqtonda yerləşdirilib.
Polis Ağ Evi mühafizə edərkən, etiraz aksiyasının iştirakçıları ilə qarşıdurma yaranıb.
Etirazların yüzlərlə iştirakçısı həbs olunub. Hələlik qurbanlar barədə məlumat yoxdur.
Floydun işi ABŞ-da, polisin afroamerikalılara qarşı çoxsayda əvvəlki analoji hədsiz zorakılıq halları fonunda ciddi qəzəbə səbəb olub. Çoxları üçün bu etiraz həm də xüsusən də Minneapolisdə sosial-iqtisadi qeyri-bərabərlik və seqreqasiya ilə bağlı narazılıqlarını ifadə etmək üçün bəhanə olub.
Corc Floydun başına nə gəlib?
Mayın 25-də, axşam Minnesotadakı kiçik ərzaq mağazası polis çağırıb, çünki Corc Floyd 20 dollarlıq saxta əskinasla pul ödəməyi cəhd etmişdi.
Polis əməkdaşları onu maşına otuzdurmağa cəhd edib, o isə yerə yıxılarar deyib ki, klaustrofobiyadan əziyyət çəkir.
Polisin məlumatına görə, o, zabitlərə fiziki müqavimət göstərib və qandalda olub.
Polis nəfəri Derek Şoven dizini onun boğazına dirəyərək, yerə sıxıb. Videoda Floydun “Xahiş edirəm, nəfəs ala bilmirəm” və “Məni öldürmə” dediyi eşidilir.
İlkin məlumata görə, polis nəfəri onu bu vəziyyətdə səkkiz dəqiqə 46 saniyə saxlayıb, özü də Floyd artıq reaksiya verməyəndən təxminən üç dəqiqə sonra da.
Bir qədər sonra o, xəstəxanaya çatdırıb, amma artıq ölmüşdü.