ABŞ anti-İsrail mövqeyinə görə UNESCO-nu tərk edir
Paylaşmaq
Paylaşmaq
UNESCO-nun Parisdəki qərargahına açılan mənzərə. REUTERS/Philippe Wojazer
2018-ci ilin dekabrında ABŞ UNESCO-nu tərk edəcək və bu, təşkilat üçün böyük zərbə olacaq, çünki ABŞ BMT yanında mədəniyyət və təhsil məsələləri ilə məşöul olan bu qurumun büdcəsinin beşdə bir hissəsini təşkil edir, Reuters xəbər verir.
“Bu qərar ABŞ-ın UNESCOya sərf olunan böyük xərclərlə bağlı tərəddüdünü, fundamental islahatların gərək olduğunu, həmçinin təşkilatın İsrailə qarşı qərəzli olmasını ifadə edir”, – ABŞ Dövlət Departamentinin sədri Hizer Nort bildirib.
H ələ 2001-ci ildə ABŞ bu təşkilatın büdcəsinə ödədiyi vəsaitin əhəmiyyətli hissəsini kəsmişdi. Vaşinqton o zaman bu qərarı UNSCO-nun Fələstinə tamhüquqlu üzvlük haqqı verməsi ilə izah etmişdi.
“ABŞ gələcəkdə müstəqil Fələstin dövlətinin yaradılması ideyasını dəstəkləyir, amma bu dövlət sülh danışıqlarının nəticəsi olaraq yaranmalıdır və bu baş verənə qədər Fələstinin hər hansı beynəlxalq təşkilat tərəfindən tanınması mənfi amildir”, – 2011-ci ildə bəyan edilmişdi.
İsrail dəfələrlə UNSCO-nu Qüdsdəki əhəmiyyətli yerlər və binalar, o cümlədən Fəəlləstin əraziləri ətrafında İsrail-ərəb mübahisəsinin tərəflərindən birini dəstəkləməkdə günahlandırıb.
Tel-Əvivdə ABŞ-ın UNESCO-nu tərk etmək qərarı coşqunluqla dəstəklənib:
“Bu gün BMT üçün yeni eranın başlanğıcıdır. Bu, İsrailin diskriminasiyasının bədəlidir”, – İsrailin BMT-dəki səfiri Denni Danon bildirib.
O da qeyd oolunub ki, İsrail də ABŞ-ın ardınca UNESCO-nu tərk edəcək.
UNESCO ABŞ-ın təşkilatı tərk etmək qərarı ilə bağlı məyusluğunu bildirib. Rəsmi bəyanatda deyilir ki, “bu addım dünyanın və BMT ailəsinin multikultural inkişafı üçün böyük itki olacaq”