Bakı sərhəddəki döyüşlər zamanı həlak olan bir hərbçinin meyitini Ermənistan tərəfinə təhvil verib
Noyabrın 16-da Ermənistanın Azərbaycanla sərhədinin şərq istiqamətində gedən döyüşlərdə həlak olan bir erməni hərbçinin meyiti Yerevana gətirilib. Gündüz bildirilmişdi ki, Qarabağda Rusiya sülhməramlılarının keçmiş komandanı Rüstəm Muradov Ermənistana gələcək.
O, həmişə Bakıdan vətənə qaytarılan erməni əsirləri müşayiət edib, buna görə də Yerevanda əvvəlcə hərbi əsirləri gözləyirdilər. Daha sonra məlum oldu ki, bu dəfə təyyarədə əsirlər yoxdur, amma Azərbaycanın sadəcə bir nəfərin meyitini verəcəyi ehtimal edilmirdi.
- Azərbaycan və Ermənistan arasında hərbi eskalasiyanın səbəbləri. Şərhlər
- 8 ölü, 13 əsir, 24 itkin düşmüş şəxs – tərəflər Azərbaycan-Ermənistan sərhədində gedən döyüşlərin nəticələri haqda
- Ermənistan-Azərbaycan sərhədində hərbi əməliyyatlar. Rusiyaya müdaxilə çağırışı
Təyyarənin artıq Bakıdan Yerevana uçduğu haqda Azərbaycanın hakimiyyətyönlü Calider saytı məlumat yayıb. Məlumatda deyilib ki, Cənub Hərbi Dairəsi Qoşunları komandanının müavini Rüstəm Muradovun müşayiəti ilə Yerevana “yük-200” aparan təyyarə yola düşüb.
İlkkin məlumata görə, o, “Rusiya sülhməramlılarının məsuliyyət zonasından kənarda olan Ermənistan-Azərbaycan sərhədində silahlı insidentlərə yol verməmək mexanizmlərinin” hazırlanması üzrə danışıqların aparılması üçün regiona göndərilib.
Noyabrın 16-da 2020-ci il ikinci Qarabağ müharibəsindən sonra ən genişmiqyaslı eskalasiya baş verib. Ermənistan tərəfi bir nəfərin həlak olduğunu, 13 nəfərin, 24 nəfərin itkin əsir düşdüyünün bildirilib. Azərbaycan tərəfinin bildirdiyinə görə, 7 nəfər həlak olub, 10 hərbçi yaralanıb.