7 nəfər H1N1 virusundan ölüb
Ermənistanın Səhiyyə Nazirliyi əhalini ancaq rəsmi, etibarlı informasiyaya inanmağa, panikaya düşməməyə, sayıqlığı əldən verməməyə çağırdı. Bununla belə, adamlar bu çağırışsız da ehtiyatlıdırlar.
Rəsmi məlumatlara görə, 855 adam xəstəxanaya düşüb, amma onların heç də hamısı H1N1 virusu, yəni “donuz qripi ilə yoluxmayıb. 77 adam reanimasiya şöbəsində tibbi yardım alırlar, onlardan 11-in vəziyyəti ağır qiymətləndirilir, amma ancaq ikisində H1N1 virusu aşkar edilib.
Ermənistanın Birinci (ictimai) kanalında səhiyyə nazirinin müavini Vaqan Poqosyan bildirdi: “Bütün bu rəqəmlərin təhlili onu göstərir ki, xəstəliyin göstəricisi artıb, epidemiya isə yoxdur. Biz onu saxladıq, qarşısını aldıq.
Niyə Səhiyyə Nazirliyində epidemiyadan qaçmaq mümkün olduğuna əmindirlər – demək çətindir. Xəstələr xəstəxanaya gəlməyi davam edirlər, həm də Səhiyyə Nazirliyinin baş epidemioloqu Vladimir Davidyanç bildirdi ki, ölkənin bütün regionlarında elə paytaxtdakı mənzərə müşahidə olunur. Tibb işçiləri onu da gizlətmirlər ki, H1N1 virusundan artıq 7 nəfər olüb:3 nəfər 2015-ci ilin axırında, 4 də 2016-cı ilin əvvəlində.
Qrip əlamətləri müşahidə olunan adamlara özünü müalicə ilə məşğul olmamağa və dərhal tibb müəssisələrinə müraciət etməyi məsləhət gördü. Həkimlər təsdiq edirlər ki, hazırda həkimə müraciətlərin sayı artıb, amma ağır hadisələrin sayı da kəskin azalıb – məhz ona görə ki, əhali tibb müəssisələrinə vaxtında müraciət etməyə başladı.
Əvvəl Səhiyyə Nazirliyi xəbər verdi ki, kəskin respirator xəstəliklərin yayılması ilə əlaqədar poliklinikalarda hətta bayram günlərində də növbətçilik tətbiq edilib. Amma o cümlədən də Yerevanın bir çox sakinləri şikayət edirdilər ki, onlar açıq poliklinika, işləyən həkim, bundan başqa analiz verə biləcəkləri işlək laboratoriyalar tapa bilmədilər. Bu haqda kütləvi informasiya vasitələri hələ yanvarın birinci həftəsində xəbər verdilər. Yanvarın 8-nə qədər də bütün ölkə dincəlirdi.
Bu zaman bayramlar hansısa mənada virusun yayılmasına xidmət edib, çünki uzun Yeni il tətilləri daha çox görüşməyə, ünsiyyətdə olmağa və bir-birinə infeksiya ötürməyə imkan verdilər. Xəstələnənlər və tibb işçilərinin işə qayıtmasını gözləyənlər isə medikamentoz və peşəkar müalicəsiz ağ ciyər iltihabı mərhələsinə keçdilər, bu da xəstəliyi daha da ağırlaşdırdı.
Məşhur iltihab əleyhinə, “donuz qripinin yayılması haqqında ilk xəbərlərdən sonra böyük populyarlıq qazanan “Tamiflü preparatına gəlincə isə, tibb işçiləri xəbərdar edir: onun profilaktik təyinatı yoxdur və yoluxmanın qarşısını ala bilmir. “Tamiflyu virusun müalicəsində istifadə edilir.
Bununla əlaqədar olaraq, Səhiyyə Nazirliyinin baş epidemioloqu Vladimir Davidyanç dərmanı aptekdə axtarmamağı məsləhət gördü, çünki o bahalaşıb, özü də indi heç onu tapmaq da mümkün deyil. Bütün klinikalar onunla təmin olunub və bu virusun aşkar edildiyi halda bütün pasientlərə müalicə üçün lazım olan bütün digər preparatlar kimi pulsuz veriləcək.
Sosial şəbəkələrdə H1N1 virusunun yayılması ilə bağlı panika müşahidə olunmadı. Amma çoxunun Səhiyyə Nazirliyi nümayəndələrinin mətbuat konfransında çəkilən, üzündə tibb maskası olan operatorla birlikdə fotoşəkli bir çoxlarının xoşuna gəldi.
Şəkil “PAN photonundur