Hollandiyada yeməyin 3D printerdə hazırlandığı restoran açılıb. Food Ink restoranında masalar, stullar və yemək üçün bütün lazımi avadanlıq 3D printerdə çap olunub.
3D printerdə yeməli inqredientlərdən yemək “hazırlamaq üçün qarışıq (pasta) hazırlayıb, onu 3D printerin şpris şəkilli konteynerinə – ekstruderə tökürlər. O, adi printerdəki kartric rolunu oynayır. Ekstruderin istehsal etdiyi minlərlə nazik yeməli “mürəkkəb layları bir-birinə birləşir və üst-üstə elə düzülür ki, nəticədə üçölçülü vahid məhsul alınır.
Molekulyar mətbəxin 9 yeməkdən ibarət şam yeməyi təxminən 300 avroya başa gəlir. Restoranın menyusunda Uçan kürü, balıq və çipsi, Sezarın həyat çiçəyi, Sehrli krevetlər, Tartris steyki (ət tartarı, tomat pastası, tərəvəz), Sevgi sancması və 3D Boskana kimi yeməklər var.
İndi restoran dünyaya səyahətə çıxıb. 25 iyuldan 27 iyula qədər Food Ink. Londonda işləyəcək (8, Dray Walk), sonra da Roma, Paris, Amsterdam, Berlin, Barselona, Seul, Tel-Aviv, Dubay, Nyu-York, Las-Veqas, Toronto, Tokio, Sinqapur və başqa şəhərlərdə qastrol səfərlərində olacaq.