27 dinc sakinin həyatına son qoymuş raket zərbələri – Gəncədən videoreportaj
İkinci Qarabağ müharibəsi dövründə Azərbaycanın əhəmiyyətinə görə ikinci şəhəri sayılan Gəncə erməni silahlı qüvvələri tərəfindən dəfələrlə raket zərbələrinə məruz qalıb. Bu hücumlar nəticəsində 27 dinc sakin həlak olub, yaralananların sayı 120 nəfərdən çox olub.
- İkinci Qarabağ müharibəsi niyə baş verdi? Azərbaycandan şərhlər və sorğu
- İkinci Qarabağ müharibəsindən bir il sonra – əsas hadisələr bir videoda
- “Azərbaycan Ermənistanla sülh razılaşması üzrə danışıqlara hazırdır” – İlham Əliyev
Gəncənin mərkəzi və nisbətən ətrafdakı dar küçələrindən keçdikdə düz bir il əvvəl bu şəhərin raket zərbələrinə məruz qaldığını demək mümkün deyil. Buna aid heç bir işarə görə bilməzsiniz. Yalnız raketlərin bilavasitə düşdüyü küçələrə getdiyiniz an həmin günlərin bütün dəhşəti gözləriniz qarşısında canlanır.
Burada hələ də dağıntılar qalmaqdadır. 11 oktyabr və 18 oktyabr 2020-ci il tarixlərində Gəncəyə düşən raketlər onlarla insanı həyatından məhrum edib. Onların bəzilərinin geyim əşyaları, dağılmış evlərin divarlarındakı rəsmlər… Bunlar hamısı yarımçıq qalmış talelərdən danışır.
JAMnews Gəncədən xüsusi videoreportaj hazırlayıb.