2018-ci ilin əvvəlindən Ukraynada beş vətəndaş cəmiyyəti fəalı həlak olub
Paylaşmaq
Paylaşmaq
Yekaterina Qandzyuk
Yekaterina Qandzyuk Ukraynanın Xerson şəhərində dövlət korrupsiyası hallarını araşdırırdı. O, zaman etibarilə Ukraynada həlak olan son hüquq müdafiəçisidir. Və bu, 2018-ci ildə Ukraynada vətəndaş cəmiyyəti fəallarının həlak olduğu beşinci hadisədir.
Yekaterina Qandzyuk noyabrın 4-də xəstəxanada keçinib. Üç ay əvvəl naməlum bir kişi onun üzərinə qatılaşdırılmış sulfat turşusu məhlulu atmışdı, nəticədə bədəninin 30 faizi zədələnmişdi.
Nastoyaşee vremya telekanalının məlumatına görə, bu işlə bağlı altı adam saxlanılıb. Amma sifarişçinin kimliyi bəlli olmayıb.
Yalnız 2018-ci ilin əvvəlindən bəri əlli nəfərdən çox fəal və hüquq müdafiəçisi peşəkar fəaliyyətinə görə hücum və qətl qurbanı olub. Heç bir iş üzrə sifarişçilər aşkara çıxarılmayıb. Bəzi hallarda icraçıların da adları naməlum qalıb.
Daha əvvəl hücum qurbanı olanlar:
İrina Nozdrovskaya
İrina Nozdrovskayanın meyiti yanvarın 1-də Kiyev yaxınlığında tapılıb. O, kəsici-deşici alətdən aldığı çoxsaylı yaralar nəticəsində həyatını itirib.
Nozdrovskaya bacısı, 26 yaşlı Svetlana Sapatinskayanın həlak olması ilə bağlı işi araşdırırdı. 2015-ci ildə Kiyev vilayətində rayon məhkəməsi sədrinin qardaşı oğlu Dmitri Rossoşanski onu maşınla vurmuşdu. Daha sonra ekspertiza təyin etmişdi ki, Rossoşanski maşını nakotikin təsiri altında sürürmüş.
İrina Nozdrovskayanın qətlində rəsmi təqsirləndirilən Rossoşanskinin atası idi və o həbs olunmuşdu. Amma sonra məhkəmə ona haqq qazandıracaq bəhanələr tapdı və onu azadlığa buraxdı. Nəticədə ictimai fəalın qətlinə görə heç kim məsuliyyət daşımadı.
Nikolay Yarema
2018-ci il martın sonunda Kiyev ətrafında fəal Nikolay Yaremanın meyiti tapılıb. O, həmfikirləri ilə birlikdə Svyatoşinski gölü ərazisinin reyder zəbtinə qarşı çıxırdı.
İstintaq hələ də gedir, şübhəlilər müəyyən edilməyib.
Nikolay Bıçko
2018-ci ilin iyununda Xarkov vilayətinin Esxar qəsəbəsində korrupsiyaya qarşı mübarizə aparan 23 yaşlı Nikolay Bıçko asılmış vəziyyətdə tapılıb.
Şübhəlilər müəyyən edilməyib.
Vitali Oleşko
2018-ci ilin iyulunda Berdyanskda öz evinin həyətində ictimai fəal Donbasda hərbi əməliyyatlarda iştirak edən müharibə veteranı Vitali Oleşko güllələnərək qətl edilib. Qətl zamanı onun həyat yoldaşı və dostları da yanında olub.
Mərhumun doğmaları bildirirlər ki, qətl Oleşko və regional deputat, həmçinin biznesmen Aleksandr Ponomaryov arasında baş verən münaqişə ilə bağlıdır. Amma qətlin sifarişçiləri hələ də tapılmayıb.