Qorisin 2018-ci ildə Birliyin paytaxtı elan olunması haqda qərar aprelin 7-də Daşkənddə MDB xarici işlər nazirlərinin sammitində qəbul edilib.
Bununla bağlı Qorisdə bayram tədbirləri keçiriləcək və bu tədbirlərin gedişatında şəhərə MDB-nin mədəniyyət paytaxtı yüksək adına layiq görülməsi haqda sertifikat rəsmi şəkildə təqdim olunacaq.
“Dövlətlərarası “Mədəniyyət paytaxtları” proqramı MDB ölkələri arasında mədəni dialoqun stimullaşdırılmasına və bu sahədə onların potensiallarının birləşdirilməsinə istiqamətlənib. Bu proqram paytaxtdan kənarda mövcud olan yaradıcı resursları və MDB xalqlarnın mədəni əməkdaşlığını möhkəmləndirmək məqsədi daçşıyır”.
Proqramın maliyyələşdirilməsi Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun, Birlik ölkələri hökumətlərinin və mədəniyyət paytaxtı statusu almış şəhər meriyasının vəsaiti hesabına həmmaliyyələşdirmə prinsipi ilə həyata keçirilir.
Bütün 2013-cü il ərzində “Gümri – MDB-nin mədəniyyət paytaxtı” proqramı çərçivəsində 45 tədbir həyata keçirilib: küçə teatrlarının da daxil olduğu beynəlxalq teatr festivalları, ifa sənəti festivalları, “Frunzik Mkrtçyanın izi ilə” adı altında Mqer Mkrtçyanın iştirakı ilə keçmiş SSRİ ölkələrinin filmlərinin retrospektiv nümayişi, müxtəlif sərgilər, elmi-praktik konfranslar və s.