2017-ci ildə Ermənistanda botulizmlə bağlı 12 hal qeydə alınıb, bir nəfər ölüb
Paylaşmaq
Paylaşmaq
2017-ci ildə Ermənistanda ağır qida zəhərlənməsi – botulizmlə bağlı 12 hal qeydə alınıb, zəhərlənənlərdən bir nəfər ölüb, – Səhiyyə Nazirliyi xəbər verir.
Armavir, Tavuş, Ararat və Vayots Dzor sakinləri ev şəraitində xiyar və bibərdən hazırlanmış şoraba və konservləşdirilmiş pomidordan zəhərləniblər.
Botulizm sinir və vegetativ sistemi zədələyən ağır qida zəhərlənməsidir. Clostridium botulinum xəstəliyinin törədicisi torpaqda yaşayır, oradan tərəvəz və göyərtiyə düşür. Anaerob şəraitdə inkişaf edir [oksigen olmayan mühitdə].
Xüsusi avadanlıqlar vasitəsilə törədici ilə effektiv mübarizə aparmaq mümkündür – yüksək təzyiq və temperaturun təsiri ilə (1200-1300C).
Bilmək vacibdir ki, botulotoksinlə zəhərlənmiş qidanın görkəmi, dadı, qoxusu və rəngi dəyişmir.
Xəstəliyin simptomları yeməkdən 1-2 saat sonra və ya 12 gün müddətində özünü göstərə bilər. Zəhərlənənlərdə ürəkbulanması, qaytarma, diarreya və ya qəbzlik, başgicəllənmə, ağızda quruluq, görmə, nitq, nəfəs problemi, gözünün qarşısındakıların ikiləşməsi, kirpiklərin ağırlaşması, bəbəklərin böyüməsi, səs tembrinin dəyişməsi, ürək ritminin azalması, insult müşahidə oluna bilər.
Səhiyyə Nazirliyi bildirir ki, botulizmin profilaktikası üçün aşağıdakılar vacibdir:
Ev şəraitində hazırlanmış konservləşdirilmiş ərzaqlardan uzaq olmaq,
ərzaqları dondurma, qurutma və ya duzlama yolu ilə konservləşdirmək,
ev konservlərini istifadə etməzdən əvvəl termik işləmədən keçirmək, yəni 20-25 dəqiqə qaynatmaq,
ev konservlərini bazardan, tanımadığınız insanlardan almamaq,
ilk simptomlar müşahidə olunan kimi həkimə müraciət etmək.