2017-ci ildə GUAM ölkələri arasında azad ticarət rejiminin tətbiqi planlaşdırılır
Paylaşmaq
Paylaşmaq
GUAM-a üzv ölkələr (Gürcüstan-Ukrayna-Azərbaycan-Moldova) ölkələr arasında azad iqtisadi zonanın tətbiqi üçün vacib olan bir sıra sənəd imzalayıb.
Kiyevdə baş tutan görüşdə hökumət başçıları həmçinin mallara münasibətdə gömrük proseduralarının ayrı-ayrı nəticələrinin qarşılıqlı tanınması haqda protokolu və azad ticarət haqda razılaşma çərçivəsində tərəflərin fəaliyyətini koordinasiya orqanının yaradılması haqda protokolu imzalayıblar.
Ukraynanın baş naziri Vladimir Qroysman bildirib ki, 2017-ci ildə GUAM ölkələri arasında tam mənalı azad ticarət zonasının işə salınmasına ümid edir.
Gürcüstan, Azərbaycan və Moldovanın hökumət başçıları Ukrayna prezidenti ilə görüşüblər, həmçinin GUAM Biznes Forumunda iştirak ediblər.
Regional “Demokratiya və İqtisadi İnkişafı Naminə Təşkilat – GUAM” Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova tərəfindən 1997-ci ildə yaradılıb (1999-cu ildən 2005-ci ilə qədər Özbəkistan da təşkilata daxil olub).