2017-ci ildə 839 nəfər Gürcüstanda qaçqın statusu almaq istəyib. Yarıdan çoxu buna nail olub
Qaçqınların işi və yerləşdirilməsi üzrə nazir Sozar Subarinin məlumatına görə, 2017-ci il yanvarın 1-dən dekabrın 1-ə qədər rəhbərlik etdiyi quruma beynəlxalq müdafiə üçün 839 nəfər müraciət edib.
Gürcüstan onlardan 42 nəfərinə qaçqın statusu, 35 nəfərinə isə humanitar status verib, 354 nəfər rədd cavabı alıb, 219 nəfərlə bağlı işə xitam verilib.
Subarinin sözlərinə görə, 488 benefisiar xaricdən qayıdan, əsasən də qanunsuz miqrasiyadan geri dönən Gürcüstan vətəndaşıdır. “Onlardan bir qisminə kiçik biznes qurmaqda kömək etdik, digərlərinin hüququ yardıma ehtiyacı vardı”, – nazir bildirb.
“5-6 il əvvəllə müqayisə etsək, o zaman Gürcüstana sığınacaq tələbi ilə maksimum 50 müraciət daxil olurdu. Ötən iki-üç illə müqayisədə isə müraciətlər azalıb. Suriya və İraqda problemlər olanda, Ukraynada hərbi əməliyyatların qızğın vaxtında il ərzində iki minə qədər müraciət edən olurdu”, – Subari deyib.