2016-cı ildə Ermənistanda hakimlər 160 bəraət hökmü çıxarıb ki, bu da 187 müttəhimə şamil edilib. Bəraət alanlardan 140 nəfəri tamamilə, 47 nəfəri isə qismən reabilitasiya olunub.76 nəfər haqqındakı hökmlər 2016-cı il dekabrın 30-dan etibarən qüvvəyə minib.
Tamamilə bəraət alan vətəndaşların sayı ötən ilki ilə müqayisədə 30 nəfər (19,1 faiz) artıb.
2007-ci ildə Ermənistanda bəraət hökmü çıxaran hakim cəzalandırılırdı. Məsələn, Ədalət Mühakiməsi Şurasının İntizam Komissiyası ilk instansiya hakimi Parqev Ohanyanın səlahiyyətlərinin dayandırılması haqda qərar çıxarmışdı, halbuki Ermənistanda hakimlər şümürlük təyin edilir.
Ötən ilki statistikaya əsasən ən çox orta ağır cinayətlərdə ittiham olunan müttəhimlər bəraət alır.
Az ağır cinayətlərdə ittiham olunan 41 nəfər (21,9 faiz);
Orta ağır cinayətlərdə ittiham olunan 84 nəfər (44,9 faiz);
Ağır cinayətlərdə ittiham olunan 38 nəfər (20,3 faiz);
Xüsusi ağır cinayətlərdə ittiham olunan 4 nəfər (2,2 faiz) bəraət alıb.
Əksər hallarda reabilitasiya olunmuş vətəndaşlara qarşı Ermənistan CM-nin aşağıdakı maddələri üzrə ittiham irəli sürülürdü:
– az ağır cinayətlər
xuliqanlıq – 4 nəfər;
sənəd, ştamp, möhür, blank, nəqliyyat vasitələrinin qeydiyyat nömrəsinin saxtalaşdırılması, realizəsi və ya istifadəsi – 3 nəfər;
– orta ağır cinayətlər
vəzifə saxtakarlığı – 9 nəfər,
oğurluq – 8 nəfər,
dələduzluq – 8 nəfər;
– ağır cinayətlər
oğurluq – 9 nəfər,
narkotik, psixotrop maddə və onların əvəzləyicilərinin qanunsuz dövriyyəsi, satışı və ya istehsalı – 8 nəfər;
– xüsusi ağır cinayətlər
dövlətə xəyanət – 1 nəfər,
qətl – 2 nəfər,
rüşvət alma – 1 nəfər.
187 nəfər tam və qismən bəraət almış vətəndaşın ancaq iki nəfəri (1,1 faiz) yetkinlik yaşına çatmayan şəxsdir, 169 nəfəri (90,4 faiz) kişi, 18 nəfəri (9,6 faiz) qadındır.
187 nəfərdən faktiki həbsdə olanların sayı 42 nəfərdir (22,4 faiz).