2016-cı il seçkiləri nə ilə yadda qaldı
Nəhayət seçkilər arxada qaldı. Ölkədə müşahidə olunan vəziyyət hər şeyin hələ yeni başladığından xəbər verir, amma biz bir qədər əylənmək, geriyə nəzər salmaq qərarına gəldik. Axı bütün bu uzun həftələr boyu təkcə stress almadıq, doyunca gülə də bildik.
Paata Burçuladzenin partiyasını tərk edənlər
Elə bir gün xatırlayırsız ki, KİV-də məşhur opera müğənnisi Paata Burçuladzenin partiyasını kiminsə tərk etməsi barədə məlumat olmasın? Biz xatırlamırıq. İnsanlar kütləvi şəkildə – bütöv şəhər, kənd, onlarla, yüzlərlə gediblər. Sosial şəbəkələrdə belə bir fikir irəli sürülürdü ki, bu sonu olmayan bir prosesdir, çünki Burçuladzenin partiyasının üzvləri gürcülər deyil, çinlilər idi.
“Herokratiya
Qoqi Xaindravanın seçkiqabağı dövrdə gürcü seçicisinə Saaşakvili dövrününün qaranlıq tərəfi və onun hedonuzmə olan meyli barədə xatırlamalı olan filmi 38 milyona başa gəldi. Filmdə çoxlu sayda işgəncə və zorakılıq səhnələri var. Düzdür, serialdakı Gürcüstanın keçmiş prezidentinin masturbasiya ilə məşğul olduğu və orgiyalarda iştirak etdiyi səhnələr tamaşaçıların xoşuna gəldi. Hər seriyadan sonra “Facebookda “Herokratiya səhifəsinin admini tamaşaçılara eyni sualla müraciət edərək, interaktiv əlaqə qurmağa çalışırdı: “Seriyaya baxdız? Nə düşünürsüz? Onlar [“Milli Hərəkat] hakimiyyətə qayıtmalıdır?
Kaladze və “Rustavi-2
“Gürcü arzusu partiyasının “Rustavi-2 televiziya kanalında təqdimatına baxanlar gələn il rahatca “Friday 13ün növbəti seriyasına baxmağa gedə bilər.
Siyasətçilərlə jurnalistlər arasında münasibətlər verilişin lap əvvəlindən müsahibənin hüdudlarını aşdı, sonda isə energetika naziri Kaxa Kaladze onunla mübahisəyə girən jurnalistə özünə güzgüdə baxmağı təklif etdi. Növbəti gün bütün “Facebook bu mövzunu müzakirə edirdi. “Oy, axıra qədər baxmadım!!!, – kimi statuslara da rast gəlmək olardı.
İvanişvilinin seçkiqabağı turnesi
Hər bazar ertəsi və cümə axşamı Bidzina İvanişvili regionlara səfər edir və canlı efirdə yerli jurnalistlərlə görüşürdü. Səsləndirdiyi fikirlər isə “Facebookda sitat kimi istifadə olunurdu. Misal üçün:
“Qafqazın əsir qadınında insan mükəmməlliyi haqqında əsas fəlsəfəni əks edən sağlıq var. Mən çox zaman sərf etmişəm, 40 il insanın inkişafı prosesini izləmişəm. Psixologiya, psixoanaliz, fəlsəfə ilə məşğul olmuşam, – regionlardakı görüşlərindən birində o bildirdi.
Qivi Kamikadze
Seçkilərə üç gün qalmış Tbilisinin mərkəzində deputat Qivi Tarqamadzenin maşını partladı. Deputat və sürücüsü maşında idilər və onların sağ qalması möcüzə oldu. Bir neçə piyada yaralandı. İlk baxışdan bu ağır kriminal hadisənin bizim o qədər də ciddi olmayan reytinqimizdə yeri olmamalıydı, amma iş orasındadır ki, hakimiyyət versiyalardan biri kimi Qivi Tarqmadzenin özünə sui-qəsd etməsini irəli sürdü. Onda da ona Qivi Kamikadze adını verdilər.
Dəniz və ya quru ilə
Heç kim üçün sirr deyil ki, Gürcüstanın keçmiş prezidenti, hazırda Odessa qubernatoru olan Mixail Saakaşvili Gürcüstandakı seçkilərə qarşı heç də biganə deyildi. O, kənardan da olsa özünün “Milli Hərəkat partiyasının seçkiqabağı kampaniyasında fəal iştirak edib.
“Lazım olsa, Mişa Odessadan Sololakiyə [bu, Tbilisidə İvanişvilinin iqamətgahının yerləşdiyi rayondur] tunel qazanaq, – öz çıxışlarından birində birmandatlı dairədən namizədliyini irəli sürən Saakaşvilinin xanımı Sandra Ruloks dedi.
Bir neçə gün sonra da Tbilisinin mərkəzində təşkil olunan mitinqdə toplaşan tərəfdarları ilə skayp vasitəsiylə danışan Saakaşvili vəd etdi ki, artıq bir neçə gün sonra, seçkilərdə qələbə çalanda dənizlə üzüb, Gürcüstana gələcək.
“Bir qərar versin, tunel qazacaq yoxsa dənizlə üzəcək? – sosial şəbəkələrdə sual edirdilər.
Xatırladaq ki, Gürcüstanda Mixail Saakaşviliyə qarşı cinayət işi 555 açılıb.
Besik Çubinidzenin seçkiqabağı plakatı
Və tək onun deyil. Aşağıda sizə bir neçə unudulmayacaq seçkiqabağı “art təklif edirik:
Beso Çubinidze seçkiqabağı 26 nömrəsini aldı, buna görə də orijinal addım ataraq, özünün 26 müsbət cəhətini sadalamaq qərarına gəldi. Siyahıda “ləyaqətli ata, “Cəsarətli, “Ən yaxşı dost və s. var.
Bu qadının təşviqat plakatında deyilir: “Dövlət mənəm
Bu plakatları tərcümə ilə korlamayacağıq
Dərc olunub 11.10.2016