1999-cu ildə Ermənistan parlamentinə hücumun “sifarişçisi” kim olub? İstintaq yenidən başlanıb
Ermənistan prokurorluğu 1999-cu il oktyabrın 27-də bir qrup silahlı şəxsin parlamentə hücumu işinin təşkilatçıları ilə bağlı işi yenidən araşdırır.
[pullquote align=”right”]20 il keçsə də Ermənistan parlamentinə silahlı hücumu kimin təşkil etdiyi hələ də məlum deyil[/pullquote]
Silahlı qrup Ermənistan Milli Məclisinin iclas zalına soxularaq səkkiz nəəfəri güllələyib. Onların arasında parlament sədri və iki vitse-spiker, baş nazir, üç deputat və bir nazir olub. Bu zaman terrorçular deputatlar və nazirlərdən ibarət təxminən 50 nəfəri girov götürüblər.
Qrup üzvləri bəyan edib ki, bu aksiyanı baş nazirr Vazgen Sarkisyanı istefaya getməyə məcbur etmək və onların dili ilə desək, “ölkəni dağılmaqdan qurtarmaq” üçün törədiblər.
Hələ də Ermənistan parlamentinə silahlı hücumun təşkilatçısının, daha doğrusu, “sifarişçisinin” kim olduğu bəlli deyil.
Prokurorluq işin yenidən başladılması qərarını 20 il əvvəl qətlə yetirilən vitse-spiker Yuri Baxşyanın həyat yoldaşı Anahit Baxşyanın şikayəti əsasında verib.
Anahit Baxşyan nə tələb edir?
Anahit Baxşyan Baş Prokurorluğa müraciət edib, təşkilatçılarla bağlı işin dayandırılması haqda qərarın ləğv edilməsini və istintaqın yenidən başladılmasını tələb edib.
İstintaqın bu hissəsi 2000-ci ildə terror aktı haqda əsas işdən ayrılıb. Amma dörd ildən sonra baş prokurorluq “cinayət işinin tərkibinin” olmamasına istinad edərək işə xitam verib.
İstintaq qrupunun rəhbərinin məlumatına əsasən, terror aktının təşkili işi üzrə yeni faktların və mümkün iştirakçıların üzə çıxarılması üçün bütün istintaq-əməliyyat metodlarından istifadə olunub.
Dekabrıın 25-də məlum olub ki, Baş Prokurorluq Anahit Baxşyanın şikayətini təmin edib. O, Facebook səhifəsində yazıb ki, vəkilinin hazırladığı 37 səhifəlik vəsatət sayəsində işin yenidən başladılmasına nail ola bilib.
Anahit Baxşyan ərinin ölümündən sonra siyasətlə məşğul olmağa başlayıb, 2007-ci ildən 2012-ci ilə qədər Ermənistan parlamentinin deputatı olub.
1999-cu il oktyabrın 27-də nə baş verib?
Parlamentin iclas zalına soxulan silahlı qrupun lideri Nairi Unanyan olub.
Daha sonra iclas zalında olan jurnalistlərin danışdığına görə, Unanyan baş nazir Vazgen Sarkisyana yaxınlaşıb və bu sözləri ifadə edib: “Bəsdir bizim qanımızı içdiniz”. O da cavabında deyib: “Hər şey sənin və övladların üçün edilir”.
Bundan sonra Nairi Unanyan atəş açıb. Baş nazir həlak olub.
• “Adi sahə müvəkkilinin” aça biləcəyi açılmamış işin təfərrüatları
Şahidlər qeyd edirlər ki, atəş səsləri küçədə eşidilib. Yarım saat sonra parlament binası qarşısında minlərlə insan toplaşıb, DİN qüvvələri səfərbər olub.
Terrorçular prezident Robert Koçaryanla birbaşa danışıqlar tələb ediblər.
Danışıqlar baş tutub. Terrorçular onlara canlı yayıma çıxmaq imkanı verilməsini, həmçinin ədalətli mühakimə zəmanəti tələb ediblər. Bu danışığın təfərrüatları hələ də məlum deyil.
Oktyabrın 28-də girovlar azad edilib, silahlı qrupun üzvləri isə həbs olunub.
Məhkəmə parlamentə edilən hücumdan beş il sonra qərar qəbul edib. Biri istisna olmaqla qrupun bütün üzvləri ömürlük həbsə məhkum edilib.
Ermənistanda cinayətkarlardan heç birinin məhkəmə zamanı son sözlərini səsləndirərkən təəssüf və peşmanlıq ifadə etmədiyini xatırlayır.
Təşkilatçılar haqda versiyalar
Terrorçuların başçısı Nairi Unanyan bildirirdi ki, bandanın arxasında heç kim durmur.
Amma Ermənistanda çox az adam bu terror aktınınn sadəcə fanatik qrupu tərəfindən planlaşdırılıb, həyata keçirildiyinə inanır.
Müxtəlif versiyalar mövcuddur, amma ümumilikdə cəmiyyət terror aktının xaricdən sifariş olunduğu fikrinə meyllidir – bəziləri cinayətin izini Rusiyada, digərləri isə ABŞ-da axtarmağı məsləhət görür.
Terror aktının həmin vaxt prezident kürsüsündə olan Robert Koçaryan tərəfindən sifariş olunduğu ilə bağlı versiya da səslənir.