16 yaşlı Qreta Tunberq BMT kürsüsündən dünya liderlərini satqınlıqda günahlandırıb
Paylaşmaq
Paylaşmaq
16 yaşlı Qreta Tunberq BMT kürsüsündən dünya liderlərini gənc nəsli satmaqda günahlandırıb. Səbəb onların qlobal iqlim böhranını görməzdən gəlməsidir – The Guardian xəbər verir. Bunun cavabında prezident Tramp Twitter-də onu lağa qoyan zarafat paylaşıb.
Qreta Tunberq kimdir?
Qreta Tunberq isveçli ekologiya fəalıdır. Bir il əvvəl etiraz əlaməti olaraq cümə günləri məktəbə getməyəcəyini bəyan etməklə dünyada məşhurlaşıb. Bu yolla o, iqlim dəyişikliyi və ekologiya problemlərinə diqqət çəkmək istəyib.
Sayılı aylar ərzində ona dəstək hərəkatı qlobal miqyas alıb. Qreta Tunberq gənclər arasında xüsusən populyardır.
Qreta Tunberqə Asperqer sindromu (autizmin yüngül formalarından biri) diaqnozu qoyulub. Bu diaqnozlu insanlar ünsiyyət problemi yaşayırlar, amma rasional təfəkkürə, analitik zəkaya malik olur və çox vaxt elmdə böyük uğurlar qazanırlar.
Qreta Tunberq dünya liderlərinə nə deyib?
Qreta Tunberqə dəstək hərəkatı elə böyük miqyas alıb ki, BMT onu sammit iştirakçıları qarşısında iqlim problemləri ilə bağlı çıxış etməyə dəvət edib.
O, dünya liderlərinə bunları deyib:
— Siz beləcə nəyin necə olmasını etiraf etmək üçün kifayət qədər böyümüsünüz. Siz bizi məyus etdiniz. Amma gənclər sizin satqın olduğunuzu anlamağa başlayırlar. Heç bir dəyəri olmayan boşboğazlıqla siz mənim xəyallarımı və uşaqlığımı oğurladınız. Gələcək nəsillər sizə baxır. Və əgər siz bizim tərəfimizdə durmasanız, biz sizi heç vaxt bağışlamayacağıq. Burada və indi biz tutacağımız hüdudu heç vaxt tərk etməyəcəyik.
Prezident Tramp nə cavab verib?
Qreta Tunberqin nitqinin cavabında prezident Trampın atdığı tviti media rişxənd kimi dəyərləndirib:
“Məncə, bu, möhtəşəm, işıqlı gələcəyə boylanan xoşbəxt qızdır. Xoş tamaşadır!”