Borjomi dərəsində alovla mübarizə üçüncü gündür ki, davam edir. Gürcüstana bu işdə Azərbaycan, Ermənistan, Belarus və Türkiyə kömək edir, amma yanğını aradan qaldırmaq hələ də mümkün deyil. Hazırda təxminən 12 hektar meşə ərazisi yanıb.
Yanğının söndürülməsində aviasiya da iştirak edir, hərçənd gecə pilotlar uçuşları dayandırmalı oldular. Yerdə isə insanlar dayanmadan işləyir, alovun daha da yayılmasının qarşısını almağa çalışırlar.
Vəziyyəti hava şəraiti çətinləşdirir – hələ də yanğınsöndürənlərə və xilasedicilərə mane olan güclü külək əsir.
Borjomi dərəsindən başqa yanğın daha dörd yerdə yaranıb:
Qori, Aten dərəsi – Zemo Boşuridə 1 hektar iynəyarpaqlı meşə yanıb. Fövqəladə hallar xidmətinin məlumatına görə, yanğın lokallaşdırılıb, təsviyə işləri davam etdirilir.
Laqodexi – burada təxminən yarım hektar biçin yanır. Fövqəladə hallar xidmətinin məlumatına görə, yanğın lokallaşdırılıb, iki qrup xilasedici hadisə yerində işləməyə davam edir.
Şatil yolu – yanğın sahəsi təxminən 2 hektar ərazini tutub. Yanğın lokallaşdırılıb, təsviyə işləri davam etdirilir.
Tbilisi – yanğın Qldaniyə aparan dolayı yolda, dərədə baş verib. Hadisə yerində iki yanğınsöndürən qrupu işləyir. Dəyən zərər barədə hələlik məlumat yoxdur.