Gürcüstanın keçmiş baş prokuroru gecə klubunda ölkənin baş auditorunu döyüb
Paylaşmaq
Paylaşmaq
Gürcüstan Dövlət Audit Xidmətinin rəhbəri Laşa Tordiyaya keçmiş baş prokuror Otar Partsxaladze hücum edib. Bu haqda zərərçəkənin özü məlumat verib.
İnsident mayın 12-si gecə Tbilisinin gecə klublarından birində baş verib. Laşa Tordiyanın sözlərinə görə səbəb hazırda audit xidmətinin araşdırdığı və Otar Partsxaladzenin də adının hallandığı iş oldu. “Klubda o məndən aqressiv tonla xəbər aldı ki, ona qarşı kompromat toplamaq mənim nəyimə lazımdır və səlahiyyət müddətim bitəndən sonra necə yaşamağı düşünürəm. Mən ona bu tonla başqa yerdə danışmağı məsləhət gördüm və bundan sonra zərbə aldım. Məni onu müşaiyət edən adamlar da döyürdü. Bu insanda tam cəzasızlıq hissi var – o, bu hərəkəti həmin vaxt klubda olan çox sayda insanın qarşısında etdi”,-audit xidmətinin başçısı bildirib.
Otar Partsxaladzenin adının hallandığı iş üzrə informasiyanı audit xidməti may 15-də yaymağı planlaşdırır.
Laşa Tordiyaya hücumla bağlı fakt üzrə Daxili İşlər Nazirliyi Gürcüstanın Cinayət Məcəlləsinin “zorakılığı” nəzərdə tutan 126-cı maddəsi ilə cinayət işi açıb.