Moskvanın keçmiş meri Yuri Lujkov Gürcüstana gəlib
Paylaşmaq
Paylaşmaq
Moskvanın keçmiş meri Yuri Lujkov Gürcüstandadır. Mayın 7-də o, Kanda kəndində (Tbilisidən 40 km məsafədə) assuriya monastırında dini mərasimdə iştirak edib. Məlumdur ki, ötən illərdə Lujkov Gürcüstanın işğal altında olan ərazilərinə dəfələrlə səfər edib, bu da işğal olunmuş ərazilər haqda qanunun pozulması deməkdir.
“Lujkov Gürcüstana leqal sənədlərlə daxil olub, həmin sənədlərdə onun işğal olunmuş ərazilər haqda qanunu pozduğuna dəlalət edən heç bir məlumat yox idi. Müvafiq olaraq sərhədçinin başqa bir qərar qəbul etməsi üçün heç bir formal əsası olmayıb”, – Gürcüstanın daxili işlər nazirinin müavini Şalva Xutsişvili bildirib.
Kande monastırının dini rəhbəri arximandrit Serafim Facebook səhifəsində keçmiş Moskva merini niyə monastırda qəbul etdiyini açıqlayıb. Onun sözlərinə görə, o, heç bir qonağı monastırdan qova bilməz.
“Sizdən soruşuram, bu adama vizanı mən vermişəm? Mən onu Tbilisi və Batuminin fəxri vətəndaşı elan etmişəm? Adamı ölkəyə buraxıblar, mən isə onu qovmalıydım? Kilsənin qapıları hamının üzünə açıqdır, istəyir siyasətçi olsun, istəyir kəndli, kilsənin içində isə heç kimə siyasət haqda danışmağa icazə vermərəm”, – öz davranışını arximandrit Serafim izah edib.
Keşiş jurnalistlərə bildirib ki, Lujkovla birlikdə dini mərasimdə onun arvadı Yelena Baturina da iştirak edib. “Onlar erməni dilində dua ayini ilə maraqlanırdılar, məbədə gəlmişdilər. Onların bu gəlişi haqda biz əvvəlcədən heç nə bilmirdik”, – Serafim ata deyib.
Gürcüstan mediasının məlumatına görə, Yuri Lujkov bu gün Gürcüstanın Şərqində qədim Uplistsix şəhərini ziyarət edib.
Yuri Lujkov 2010-cu ildə Rusiya prezidenti Dmitri Medvedyev tərəfindən Moskva meri vəzifəsindən istefaya göndərilmişdi. Rusiya paytaxtının meri olduğu zaman Lujkov tanınmamış Abxaziya və Cənubi Osetiya respublikalarının hakimiyyətləri, həmçinin Acariya başçısı Aslan Abaşidze ilə fəal şəkildə əməkdaşlıq edirdi.
Məqalədə ifadə olunmuş fikirlər müəllifin terminologiyasını və nəzər-nöqtəsini əks etdirir, redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.