Gürcüstan hökumətinin administrasiyası tərəfindən yayılan informasiyaya görə, söhbət prezidentin iş otağında baş tutub. Görüş zamanı Tramp vurğulayıb ki, Gürcüstan ABŞ üçün mühüm bir ölkədir və onunla strateji münasibətlər və tərəfdaşlıq əlaqələri qurulub.
“Tərəflər ikitərəfli münasibətlərin mühüm məsələlərini və birgə gələcək planları nəzərdən keçiriblər. Görüşün sonunda Gürcüstanın baş naziri ABŞ prezidentini onun üçün münasib olan istənilən vaxt Gürcüstana dəvət edib”, – Gürcüstan hökumətinin administrasiyasının rəsmi bəyanatında deyilir.
Görüşdən sonra ABŞ-ın vitse-prezidenti Mayk Pens Twitter-də yazdı: “ABŞ prezidenti Gürcüstanın baş nazirini salamlayıb və növbəti dəfə Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini təsdiq edib”, – deyə o bildirib.