Gürcü baş nazirinin Almaniya kansleri ilə görüşdən olan fotosu facebook’da lağ obyekti olub.
Baş nazirin öz rəsmi səhifəsində paylaşdığı şəkil Gürcüstan facebookunda “hit”ə çevrilib. Şəkildə Gürcüstanın baş naziri Qaribaşvili və Angela Merkel təsvir olunub.
Şəkilin altındakı yazı belədir: “ BMT-nin Baş Assambleyası çərçivəsində Almaniya Federal kansleri Angela Merkel Gürcüstan baş naziri ilə görüşüb və ona uğurlar arzu edib”. Görüşün baş tutma yeri və şəraiti facebook istifadəçiləri arasında gülüşə səbəb olub.
“Onlar parkda gəzirdilər?”
“ Yeri gəlmişkən, keçən il mən Qaleri Lafayetdə çörək növbəsində olanda görmüşəm. Bunu mənim xarici siyasətdə uğurum kimi dəyərləndirmək olar?”
“Kənd yolunda görüş”
“Bəlkə nazir onu küçədə gözləyirmiş, çıxan kimi arxasınca qaçıb”
“ Görünür ki, görüşə ciddi hazırlaşıblar və bir çox məsələlər müzakirə ediblər” – feysbuk istifadəçiləri yazır.
Baş nazir Qaribaşvili BMT-nin Baş Assambleyasının iclasında iştirak etmək üçün Nyu-Yorkda olub. Qaribaşvilinin mətbuat xidməti Merkel ilə baş nazirin başqa şəkillərini yaymayıb.