Son on illikdə Gürcüstanda bərabər hüquqluluq ideyası cəmiyyəti onunla ilk tanış edən qeyri-hökumət sektoru hüdudlarını xeyli aşıb. Gürcüstanda feminizm tərəfdarlarına artıq daha çox yaradıcı insanlar arasında rast gəlmək olar. JAMnews onlardan bəziləri ilə patriarxal cəmiyyətdə feminist olmağın yükü haqda danışmaq qərarına gəlib.