1 : 5 – Ermənistan və Azərbaycan yenidən əsirləri dəyişib
Ermənistan və Azərbaycan arasında növbəti dəfə əsirlərin dəyişdirilməsi baş tutub. Yanvarın 28-də 6 nəfər öz ölkələrinə qayıdıb: beş erməni Yerevana, bir azərbaycanlı Bakıya qaytarılıb.
Əsirlərin dəyişdirilməsi Rusiya tərəfinin vasitəçiliyi ilə baş tutub.
Bütün təfərrüatlar – hazırkı məqamda məlum olanlar, o cümlədən də Aİ xarici siyasət xidməti rəhbərinin nümayəndəsindən əsirlərin dəyişdirilməsi prosesi haqda şərhi.
- Ermənistan müxalifəti Moskvadakı danışıqları “Ermənistanın növbəti məğlubiyyəti” hesab edir
- 62 Ermənistan vətəndaşı Azərbaycanda: hərbi əsirlər, yoxsa diversantlar?
Yerevandan informasiya
Beş erməni əsirin Bakıdan Yerevana qaytarılması haqda əvvəlcə Ermənistanın baş nazir müavini Tiqran Avinyan Facebook səhifəsində məlumat verib. Bundan başqa, o yaqıb ki, əsirlikdə saxlanılan 62 nəfər hərbbçiyə doğmaları ilə telefonla danışmağa icazə verilib.
Söhbət 2020-ci ilin dekabrında – yəni Qarabağda hərbi əməliyyatlar dayandırıldıqdan sonra əsir düşən 62 nəfər hərbçidən gedir.
Azərbaycan onları diversant adlandırır və onları mühakimə etməkniyyətindədir, Ermənistan tərəfi isə onları hərbi əsir hesab edir və geri qaytarılmalarını tələb edir.
Yerevana qayıdan beş əsir hərbçilərin həmin qrupundandır. Məhz bu, onların qaytarılmasını mürəkkəbləşdirib – Ermənistanda bildirilib. Amma birinci qrupun artıq vətənə qayıtması faktı prosesin irəlilədiyini göstərir – ölkə hakimiyyəti hesab edir.
Erməni hərbçiləri artıq Ermənistanın ombudsmeni Arman Tatoyan ziyarət edib. Onun ofisinin əməkdaşları Bakıdan gələnlərin səhhəti ilə maraqlanıblar.
Daha əvvəl 2020-ci il 14 və 28 dekabrda artıq əsirlərin dəyişişdirilməsi baş tutub. Rusiya tərəfinin vasitəçiliyi ilə hazırkı məqama qədər Ermənistana 58 nəfər qaytarılıb. Ermənistanlı hüquq müdafiəçiləri bildirirlər ki, Azərbaycanda indi ən azı 120 əsir qalır.
Əsirlərin vətənə qaytarılması məsələsi Ermənistan, Rusiya və Azərbaycan liderlərinin yanvarın 11-də Moskvada keçirilən üçtərəfli görüşünün də gündəliyində olub.
Amma danışıqların yekununda Ermənistanın baş naziri bildirib ki, məsələni həll etmək mümkün olmayıb.
“Bu, ən həssas və ağrılı məsələdir, çünki bu, humanitar məsələdir və biz razılaşmışıq ki, bu istiqamətdə işi davam etdirəcəyik”, – Paşinyan bildirib.
Aİ-nin reaksiyası
Avropa İttifaqı beş əsirin Ermənistana qaytarılmasını alqışlayıb və qalan 57 nəfərin də dərhal vətənə qaytarmağa çağırıb. Bu haqda Twitter-dəki mikrobloqunda Aİ xarici siyasət xidməti rəhbərinin nümayəndəsi Peter Stano yazıb:
“Bu, iki ölkə arasında etibarı artıracaq, bu da regionda möhkəm sülh üçün vacibdir”.
Daha əvvəl bu məsələyə Avropa deputatları Avropa Şurası Parlament Assambleyasının qətnaməsində münasibətlərini ifadə etmişdilər. Onlar Qarabağ münaqişəsinin tərəflərini dərhal əsirləri dəyişməyə çağırıblar.
Bakıdan informasiya
Azərbaycanda bildirilir ki, qanunsuz silahlı dəstə tərkibindəAzərbaycan ərazisində terror aktları törətməkdə ittiham olunan Alyoşa Aramaisoviç Xosrovyana qarşı cinayət işi qaldırılıb. Görünür ki, söhbət 2020-ci ilin dekabrında əsir götürülən həmin 62 nəfər hərbçinin birindən gedir.
Azərbaycan mediasında bildirilir ki, Bakı şəhəri Səbail rayon məhkəməsində onun haqqında həbs qətimkan tədbirinin seçilməsi haqda vəsatət qaldırılacaq.
Xosrovyana cinayət məcəlləsinin aşağıdakı maddələri ilə ittiham irəli sürülüb: 228.1 (odlu silahın, onun hissələrinin, sursatların, partlayıcı maddə və qurğuların qannunsuz əldə edilməsi, ötürülməsi, satılması, saxlanması, daşınması və gəzdirilməsi), 276 (casusluq), 279.1 (Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı dəstələrin və ya qruplarınyaradılması, o cümlədən də onların yaradılmasında və fəaliyyətində iştirak, onların silahla, sursatla, partlayıcı maddələrlə, hərbi texnika və ya döyüş avadanlıqları ilə təchiz edilməsi) və 318.2 (dövlət sərhədinin qanunsuz keçilməsi).