Yeddi ərəb ölkəsi Qətərlə diplomatik münasibətləri kəsdiklərini elan ediblər.
Bu cür addıma səbəb Qətər əmirinin nitqinin dərci oldu, bu nitqdə o, İrana qarşı münasibətləri yumşaltmağa və onu strateji tərəfdaş kimi görməyə çağırıb.
Qətərin Xarici İşlər Nazirliyi bildirib ki, əmirin nitqi naməlum hakerlər tərəfindən hazırlanmış feykdir. Amma bu, qalmaqalın inkişaf etməsinin qarşısını ala bilmədi, çünki dərc olunan nitqin mətni bu yaxınlarda edilən rəsmi bəyanatlardan fərqlənməyib. Yeddi ərəb ölkəsi Qətəri Əl-Kaida, İŞİD və “Müsəlman qardaşları” kimi terror təşkilatlarını dəstəkləməkdə ittiham edib və Qətər diplomatlarının 48 saat ərzində onların ərazilərini tərk etmələrini tələb ediblər.
Qətər Fars körfəsində yerləşən və adam başına ümumi daxili məhsulun ən yüksək göstəricisi olan kiçik dövlətdir. Rifah mənbəyi nəhəng neft və qaz ehtiyatlarıdır (dünyada ən böyük).
Ekspertlər qeyd edir ki, bir neçə il bundan əvvəl analoji qalmaqal artıq yaşanıb, onda da iş diplomatik münasibətlərin pozulmasına qədər gəlib çıxıb. Fikir ayrılığının əsas səbəbi islamın iki əsas istiqaməti olan sünnülərlə şiələr arasında qarşıdurmadır ki, bu da bir tərəfdən Qətər və Türkiyənin, digər tərəfdən də Səudiyyə Ərəbistanının Suriya, Liviya və Yəməndəki hadisələrə müxtəlif münasibətlərində əsk olunur, burada da onlar bir-birinə qarşı olan qüvvələri dəstəkləyirlər.
Amma baş verənlərin Qətərin neftin hasilatının məhdudlaşdırılması müqaviləsindən çıxması və ya Qətərdə hakim sülalənin dəyişdirilməsinə qədər gətirib çıxarmasını ekspertlər ağlabatan saymır.