Ermənistan. Əmək stajının saxtalaşdırılması cəzalandırılacaq
Paylaşmaq
Paylaşmaq
2017-ci il yanvarın 1-dən etibarən tələbnamələr əsasında təqdim etdikləri staj haqda məlumat sistemə daxil edilmədiyi, yarımçıq və ya yanlış (həqiqətə uyğun olmayan) məlumat daxil edildiyi, həmçinin stajı təsdiq edən sənədlərlə sistemdəki məlumatlar arasında uyğunsuzluq olduğu təqdirdə Dövlət sosial təminat xidmətinin rəhbərliyi və əməkdaşları fərdi şəkildə və maliyyə məsuliyyətinə cəlb olunacaqlar.
Müvafiq dəyişikliklər Ermənistanın baş nazirinin sərəncamı ilə tətbiq olunub ki, korrupsiya riski azaldılsın və əsassız, həqiqətə uyğun olmayan, saxta sənədlərlə pensiyaların verilməsinin qarşısı alınsın.
Bu işin təşkili üçün müvafiq formatda məlumatların daxil edilməsi üzrə dəqiq təlimatlar hazırlanıb. Prosesə nəzarəti həyata keçirmək üçün isə seçimli və məqsədli yoxlamalar vasitəsilə əmək stajının hesablanmasının mütəmadi monitorinqini aparacaq işçi qrup yaradılacaq.