Türkiyənin baş naziri Gürcüstana rəsmi səfər edəcək
Paylaşmaq
Paylaşmaq
Türkiyənin baş naziri Binəli Yıldırım bu gün, mayın 22-də Gürcüstana rəsmi səfər edəcək. Tbilisiyə Yıldırım Türkiyənin Nazirlər Kabinetinin üzvləri ilə gələcək.
Türkiyənin nümayəndə heyətini Tbilisi hava limanında Gürcüstanın xarici işlər naziri Mixail Canelidze qarşılayacaq. Rəsmi qarşılama mərasimi sabah, mayın 23-də hökumət administrasiyası binasında baş tutacaq.
Bundan sonra Binəli Yıldırım və Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin tet-a-tet görüşü keçiriləcək, daha sonra da birgə mətbuat konfransında iştirak edəcəklər. İki ölkə lideri Strateji Əməkdaşlıq Şurası formatında görüşəcəklər. Bu tərəfdaşlıq səviyyəsi 2016-cı ildən başlayıb.
Gürcüstan və Türkiyə eyni zamanda bir neçə istiqamət, o cümlədən, energetika, ticarət, təhsil və mədəniyyət istiqamətləri üzrə ən yaxın tərəfdaşdırlar. Türkiyə Gürcüstanın ən iri ticarət tərəfdaşlarından biridir.