Cənubi Osetiyada sərmayəçilər üçün veb-portal açılıb
Cənubi Osetiyada xüsusi investisiya internet portalı – www.investrso.su açılıb. Onun funksiyası Cənubi Osetiya iqtisadiyyatına sərmayə yatırmaq istəyən xarici sərmayəçilərə lazım olan bütün məlumatları təqdim etməkdən ibarətdir.
Saytda artıq potensial sərmayəçilər üçün maraqlı ola biləcək investisiya sahələri (boşda olan torpaq sahələri və ya binalar), o cümlədən də işlək müəssisələr haqda baza məlumatları yerləşdirilib. Cənubi Osetiya haqda baza məlumatları da var.
“Bu portal bizim nazirlik tərəfindən hazırlanıb və yaradılıb. Bu günə qədər Cənubi Osetiyaya ona yaxın xarici iş adamı sərmayə yatırıb. Əminəm ki, bu investisiya portalı yeni sərmayəçiləri də stimullaşdıracaq”, – Cənubi Osetiyanın iqtisadiyyat naziri Gennadi Kokoyev JAMnews-a bildirib.
Saytda “tez-tez verilən suallar” bölməsi də var, orada Cənubi Osetiyada sərmayəçi olmaq üçün nəyə ehtiyac duyulduğu və onlara hansı yardımların göstərilməsinin mümkün olduğu izah edilir.
Məqalədə əks olunan terminlər, toponimlər, fikir və ideyalar JAMnews-un və ya ayrı-ayrı əməkdaşlarının fikir və ideyaları ilə üst-üstə düşməyə bilər. JAMnews təhqir, təhdid, zorakılığa çağırış kimi dəyərləndirilə bilən və ya başqa səbəbdən etik sayılmayan şərhləri silmək haqqını özündə saxlayır.