"Əsas üçün mübarizə aparırıq" - yüzlərlə jurnalist Tbilisidə küçə etirazında. Foto
Gürcüstanda jurnalistlər “Mtavari” müxalifət kanalının azadlığı uğrunda
“Mtavari telekanalı ilə həmrəylik”, “Gürcüstanın Avropa seçimi təhlükədədir”, “Hökumət media ilə mübarizə aparır”, “Nikaya azadlıq” – bu şüarlar altında yüzlərlə insan mayın 18-də axşam saatlarında Tbilisidə ölkənin ən məşhur müxalifət telekanalı “Mtavari Arxi”yə dəstək məqsədli marşa çıxıb.
Kanalın adı tərcümədə “Əsas kanal” deməkdir. Bu isə Gürcüstanda “Əsas üçün mübarizə aparırıq” deyən müstəqil medianın sloqanına çevrilib.
Etirazçılar, o cümlədən jurnalistlər və müxalif siyasətçilər əvvəlcə “Respublika” meydanından parlamentə doğru yürüş ediblər. Oradan isə “Mtavari Arxi”nin ofisinə gediblər.
Etirazın səbəbi mayın 16-da “Mtavari Arxi” teleşirkətinin direktorunun həbs olunaraq il yarım müddətinə azadlıqdan məhrum edilməsi olub. “Nika Qvaramiya siyasi məhbusdur və dərhal azad edilməlidir” – etirazçılar bildirib.
“Mtavari Arxi”nin baş direktoru vəzifəsini icra edən Giorgi Qabunia telekanalın qarşısında toplaşan etirazçılara “Biz həbsxana kamerasında yaşamaq fikrində deyilik, biz azad dünyada yaşamalıyıq” deyib.
- Azərbaycanda “Media haqqında” qanun qəbul edilib: bu nə deməkdir? Müstəqil jurnalistlərin şərhləri
- “Müxalifətin mübarizəsi həlledici mərhələyə daxil olub”: Yerevanda etiraz aksiyaları
- “Kriminal dövlət istəmirik”. Bakıda etiraz aksiyası baş tutub, onlarla iştirakçı saxlanılıb
“Gürcüstan üçün Avropaya inteqrasiya imkanları pəncərəsi açılan bu gün müxalifət kanalının liderinin həbsi onilliklər boyu davam edən mübarizədən və gərgin işdən geri çəkilmək və Rusiyaya qayıdışdır”, – aksiyanın təşkilatçıları bildiriblər.
“Mtavari Arxi”nin baş direktoru hökmün elan olunduğu məhkəmə zalında həbs edilib və üç il altı ay azadlıqdan məhrum edilib.
Əsas ittihamlardan biri də ailə ehtiyacları üçün xidməti avtomobildən istifadədir.
Ekspertlər, yerli və beynəlxalq QHT-lər Qvaramiyanın həbsini siyasi motivli hesab edirlər.
Gürcüstanda jurnalistlər “Mtavari” müxalifət kanalının azadlığı uğrunda