Ərdoğanın partiyasının yazışmaları nəşr olunandan sonra Wikileaks Türkiyədə blok edilib
Türkiyədə Ərdoğanın “Ədalət və İnkişaf Partiyası (AKP) üzvlərinin yazışmasının açıqlanmasından sonra WikiLeaks bloklanıb.
Bu gün, iyulun 20-də WikiLeaks Türkiyənin hakim AKP üzvlərinin müəllifi olduğu 300 minə qədər elektron məktubunu dərc edib. Bu sənədlər WikiLeaks tərəfindən Türkiyədə çevriliş cəhdindən bir həftə əvvəl əldə olunub. Son məktub 6 iyul 2016-cı il tarixinə aiddir, ən birinci məktub isə 2010-cu ildə göndərilib.
WikiLeaks nümayəndələri bildirir ki, bu sənədləri belə tez dərc etməyi planlaşdırmırdılar, bu qərarı onlar uöursuz hərbi çevriliş cəhdindən sonra Ərdoğan tərəfindən atılan addımları görəndən sonra verdilər.
WikiLeaks-in müraciətində vurğulanır ki, sənədlərin dərcinə qədər onlar mənbəni təkrar yoxladılar, onun qiyamçılarla heç bir bağlılığı yoxdur və türk müxalifətinin nümayəndəsi deyil.
Türkiyədə çevriliş cəhdi və onun nəticələri
İyulun 16-da Türkiyədə bir qisim hərbiçi çevriliş cəhdi etdi. Cəhd alınmadı və hakimiyyət qiyamçıları cəzalandırmaq qərarına gəldi.
Bu günə qədər 6 mindən çox hərbiçi tutulub, 9 mindən çox polis zabiti ilşdən çıxarılıb, 3 minə yaxın insan qiyamçılarla əlaqədə şübhəli bilinir.
İşdən azad edilənlərin ümumi sayı 50 minə yaxınlaşıb. Türkiyə mətbuatının məlumatına görə bunların arasında:
15200 müəllim və maarifləndirmə sahəsi işçiləri,
1577 universitet dekanı,
8777 Daxili İşlər Nazirliyi əməkdaşı,
1500 Maliyyə Nazirliyi işçisi,
257 – baş nazir administrasiyası əməkdaşı.
Türkiyə KİV-nin məlumatına görə, 24 radio və televiziya şirkəti yayım lisenziyasından məhrum edilib.
Baş verənlər beynəlxalq təşkilatların diqqətini cəlb etdi, onlar minlərlə insanın işdən azad çıxarılmasından narahatlıqlarını ifadə etdilər. BMT müşahidəçiləri Türkiyəni qanunun aliliyinə və insan haqlarının qorunmasına riayət etməyə çağırdılar.