Azərbaycanda yaşının 131 olduğu deyilən “ən yaşlı pensiyaçı”nın əslində neçə yaşı var?
Bir müddət öncə Azərbaycan Dövlət Sosial Müdafiə Fondu ölkədə yaşayan ən yaşlı pensiyaçılarla bağlı məlumat paylaşmışdı. Həmin məlumatda bildirilir ki, Azərbaycanda qadınlar arasında ən yaşlı təqaüd alan şəxsin 131 yaşı var.
- Terminallarda əlavə 1 manatı kim ödəyəcək?
- Düz bir il sonra Azərbaycanda ali məktəblər açılır, amma hamı üçün yox
Lənkəran şəhərində yaşayan və şəxsiyyət vəsiqəsində təvəllüdü 1890-cı il göstərilən (131 yaş) Əzizova Tamamın yaş verifikasiyası (yoxlama) aparılan zaman bu rəqəmin çox şişirdildiyi məlum olub.
Hazırda dünyada yaşayan ən yaşlı yaponiyalı qadın Kane Tanaki “cəmi” 118 yaşındadır.
Bunu Trend-ə AMEA Lənkəran Regional Elm Mərkəzinin direktor müavini, Fiziologiya İnstitutunun Uzunömürlülüyün fiziologiyası laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Sevinc Hüseynova deyib.
Onun sözlərinə görə, T.Əzizovanın yaş verifikasiyası 2014-cü ildə aparılıb:
“Aparılan yaş verifikasiyası zamanı onun yaşının çox şişirdildiyi məlum olub. Verifikasiyanın nəticəsinə görə, hazırda onun real yaşı 95 olmalıdır. Hətta verdiyi müsahibəni diqqətlə dinlədikdə bunu aşkar etmək olar. Tamam Əzizova Cəlilabadda anadan olub, əslən Yardımlıdandır”.