Ümumilikdə 125 yerə 1560 namizəd iddialıdır, amma onların sayı daha çox ola bilər" />

Azərbaycanda növbədənkənar parlament seçkilərində rekord sayda namizəd iştirak edir

Ümumilikdə 125 yerə 1560 namizəd iddialıdır, amma onların sayı daha çox ola bilər

9 fevral 2020-ci ildə Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün rekord sayda namizəd qeydə alınıb.

Ümumilikdə parlamentdəki 125 yerə 1560 namizəd iddialıdır və onlar majoritar sistem üzrə mübarizə aparacaq.

Nəzəri cəhətdən bu say arta da bilər, çünki MSK yanvarın 24-dək qeydiyyat müraciətləri rədd edilənlərin şikayətlərinə baxacaq.

Müqayisə üçün: 2010-cu ildə keçirilən parlament seçkilərində qeydə alınmış namizədlərin sayı 743, 2015-ci ildə isə 768 nəfər olub.

Seçki kampaniyası yanvarın 17-də başlayıb.

Müxalif  “ReAl” partiyasının lideri Azərbaycanda tək ailə hakimiyyətinə alternativ barədə danışır 

• Avropa Parlamenti Azərbaycanda seçkiləri müşahidə etməyəcək 

 

Bakıda parlament binası . Foto JAMnews


More on JAMnews