Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin konfransı başa çatıb" />

Azərbaycan gələn il Qoşulmama Hərəkatına sədrlik edəcək

Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin konfransı başa çatıb

Aprelin 5-6-da Bakıda Qoşulmama Hərəkatının “Sabit inkişaf naminə sülh və təhlükəsizliyə beynəlxalq dəstək” mövzusunda nazirlər konfransı keçirilib. Konfransda 2019-cu ildən 2022-ci ilə qədər Qoşulmama Hərəkatının sədr ölkəsi vəzifəsində Azərbaycanın Venesuelanı əvəz edəcəyi və bu beynəlxalq quruma rəhbərlik edəcəyi qərara alınıb.

Konfransın nəticələrinə əsasən, Bakı bəyannaməsi qəbul edilib. Sənəddə beynəlxalq əlaqələrdə dövlətlərin ərazi bütövlüyü və ya siyasi müstəqilliyinə qarşı güc tətbiq etmək hədəsindən çəkinməyə, həmçinin bütün forma və təzahürlərində terrorla mübarizədə əməkdaşlığa və Fələstin ərazilərinin işğalını dayandırmağa çağırış ifadə olunub.

Sənədin tam mətni buradadır:

Qoşulmama Hərəkatı dünyanın 120 ölkəsinin heç bir hərbi blokda iştirak etməmək prinsipi əsasında birləşdiyi beynəlxalq təşkilatdır. Qurum 1961-ci ildə Belqradda Yuqoslaviyanın o zamankı lideri İosif Broz Titonun təşəbbüsü ilə yaradılıb.

Qoşulmama Hərəkatı adi təşkilati struktura və daimi rəhbərliyə sahib deyil. Qərarlar konsensus yolu ilə qəbul olunur və tövsiyə xarakteri daşıyır.

Konfransa yüksək səviyyədə ev sahibliyi edən ölkə qurumun sədri olur. Bu cür konfranslar bir qayda olaraq üç ildən bir keçirilir. Qoşulmama Hərəkatının sonuncu, 17-ci konfransı 2016-cı ildə Venesuelada baş tutub. Növbəti konfrans 2019-cu ildə Bakıda keçiriləcək.

Nazirlər konfransının açılışında Azərbaycan prezidenti İlham Əliyev çıxış edib. Dövlət başçısı vurğulayıb ki, təşkilatın gücü həmrəylikdədir, çünki iştirakçı ölkələr oxşar təhdid və problemlərlə qarşılaşırlar.

Biz, Qoşulmama Hərəkatının üzvləri olan ölkələr kənardan diktə olmadan, müstəqil həyat yaşamaq istəyirik”, – İlham Əliyev deyib və qeyd edib ki, artıq yarım əsrdən çoxdur Qoşulmama Hərəkatı humanizm prinsiplərini təbliğ edir.

Azərbaycan prezidenti Qoşulmama Hərəkatına üzv ölkələrə Ermənistan-Azərbaycan münaqişəsinin həllinə BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri əsasında dəstək verdikləri üçün minnətdarlığını bildirib.

Azərbaycan Qoşulmama Hərəkatına 2011-ci ildə qatılıb. Ermənistan Hərəkatda müşahidəçi statusuna malikdir, Gürcüstan isə NATO-ya qoşulmağı hədəflədiyi üçün qurumda iştirak etmir.

Azərbaycanda ölkənin Qoşulmama Hərəkatında iştirakının əleyhinə olanlar çoxdur. Məsələn, prezidentliyə namizədlərdən biri, parlament üzvü Fərəc Quliyev İctimai Televiziyada seçkiqabağı debat zamanı qoşulmama siyasətindən imtina edib, Avropa, ABŞ və İsraillə münasibətlərin qurulmasına fokuslanmağa, Rusiya ilə əməkdaşlıq istiqamətlərini isə prioritetlər sırasından çıxarmağa çağırıb.

Qoşulmama Hərəkatına üzv olmaq doğru deyil. Çünki heç yana qoşulmamaqla, açıq şəkildə dostu dost, düşməni düşmən adlandırmamaqla biz hətta dostların da bizimlə münasibət qurarkən tərəddüd edəcəyi bir vəziyyət yaratmış oluruq. Odur ki, biz bundan imtina etməli və yeni bloklar haqda düşünməliyik”, – Quliyev öz çıxışında bildirib.

Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə hesab edir ki, Azərbaycan düşünülmüş şəkildə Qoşulmama Hərəkatına üzv olmağı seçib, çünki bu və ya digər qurumlara daxil olmaqda praktiki fayda görmür.

Azərbaycan, məsələn, NATO-ya və ya KTMT-ə üzv olmaq niyyətində deyil. Bu və ya digər quruma, yaxud ittifaqa daxil olanda ölkə gələcək üçün perspektiv görməlidir, əgər perspektiv yoxdursa, ən yaxşısı neytral mövqe tutmaqdır. Bizim Qoşulmama Hərəkatında iştirakımız Azərbaycanın artıq öz seçimini etdiyindən xəbər verir. Buna görə də ölkənin gələcəkdə bu və ya digər ittifaq, yaxud birliyə daxil olub-olmayacağı haqda müzakirə aparmağın altında praktiki məna yoxdur, bəlkə sadəcə nəzəri cəhətdən müzakirə etmək olar”, – Vəlizadə “Exo” qəzetinə bildirib.


More on JAMnews