Köhnə Xudat kəndindən fotoşəkillər və hekayələr " />

Arıçı qadın: təhlükəli peşə Azərbaycanda artıq yalnız “kişi sənəti” deyil

Köhnə Xudat kəndindən fotoşəkillər və hekayələr

Köhnə Xudat – Azərbaycanın şimalında yerləşən kənddir


Pərvanə ibtidai sinif və ləzgi dilli (burada yaşayan milli azlığın dili) müəlliməsidir. Təxminən bir il əvvəl arıçılıqla məşğul olmağa başlayıb. Arıçılar ailəsində böyüsə də, onun üçün bu iş yenidir.

Azərbaycanda bu peşə qadınlar üçün qeyri-adi hesab olunur. Buna baxmayaraq, Azərbaycan mediasında son illərdə arıçı qadınlar haqqında yeni-yeni hekayələr peyda olur.


“Hələlik gəlir yoxdur, arı ailəsi hələ ki, “yenidir” və arılar bal düzəltmir”, – Pərvanə deyir.

“Pətəklərin sayı mümkün qədər çox olmalıdır. Bura ağacdan götürülmüş arı ailəsi köçürülür. Lakin pətək kifayət qədər böyük və rahat olmalıdır. Əgər arıların buradan xoşu gəlməsə, uçub gedəcəklər.

Balın dadı və rəngi arıların nə yeməsindən asılıdır. Məsələn, qoz çiçəyindən bal qəhvəyi rəngdə olur. Lakin bir çox alıcılar üçün balın bu rəngi qeyri-adi görünür, buna görə də, onlar daha çox açıq rəngli, “klassik” çalarlı bal alırlar”.

“Tüstü lazımdır ki, arılar aqressiv olmasınlar. Kostyumun özü tam zəmanət vermir.

Əgər sancarlarsa, ağrını azaltmağın yollarından biri araqdır. Arı zəhəri damarları daraldır, alkohol isə genişləndirir”.

Pərvanəyə işində bəzən əri kömək edir, misal üçün, arıları yemləyir. Arı zəhərinə qarşı allergiyası olsa belə. Bu yaxınlarda o, şiddətli allergik reaksiya ilə xəstəxanaya da düşüb.

Balın keyfiyyətinin yoxlanılması üçün Pərvanənin şəxsi unikal üsulu var. İş burasındadır ki. o, əsl balı xoşlamır. Əgər adicə qoxusundan halı pisləşirsə, deməli, əsl baldır.

Pərvanə öz biznesinə Qusarda bu yaxınlarda açılmış Qadın Resurs Mərkəzinin (UNDP-nin və digər beynəlxalq təşkilatların layihəsi) dəstəyi ilə başlayıb.

Azərbaycanda praktiki olaraq hər bir “gender” layihəsi özündə qadın sahibkarlığının dəstəklənməsi proqramını da ehtiva edir. Şəxsi iş və daimi gəlir qadınlara imkan yaradır ki, patriarxal cəmiyyət üçün xarakterik sayılan kişidən maddi asılılığa son qoysunlar.


More on JAMnews